Azərbaycan multikulturalizmi fənninin monitorinqi Portuqaliyada da keçirilib
Tarix: 07.12.2015 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqi Portuqaliyanın Lusafona Universitetində keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildiriblər ki, monitorinq Bakı Slavyan Universitetinin əməkdaşı Ülviyyə Abbasova tərəfindən aparılıb. O, monitorinq zamanı universitetdə Beynəlxalq sahibkarlıq ofisinin direktoru Teresa do Rosario Domasio və direktorun müavini Elisabete Lourenco ilə görüşüb. Görüşdə Teresa do Rosario Domasio Azərbaycan multikulturalizmi fənninin Lusafona Universitetində tədris olunmasından məmnunluq hissi keçirdiyini bildirib. Tələbələrin bu fənnə böyük maraq göstərdiyini bildirən xanım Teresa gələcəkdə Azərbaycan multikulturalizmi fənninin Portuqaliyanın liseylərində də tədris olunmasını arzu etdiyini bildirib.
Azərbaycanın tolerant ölkə olduğunu, bu ölkədə milli azlıqların və fərqli dinlərin nümayəndələrinin yüz illər boyu dostluq şəraitində, mehribancasına bir arada yaşamasının böyük marağa səbəb olduğunu vurğulayan xanım Teresa bu fənnin universitetdə davamlılığının onlar üçün çox vacib olduğunu bildirib.
Monitorinq zamanı Azərbaycan multikulturalizmi fənnini Lusafona Universitetində tədris edən Maya Cəfərquliyeva proqram üzrə mühazirəsini oxuduqdan sonra Ü.Abbasova tələbələrə Azərbaycanda linqvistik fərqlilik mövzusunda mühazirə deyib.
Mühazirədən sonra tələbələr bildiriblər ki, bu dərsi dinləmək onlar üçün çox faydalı və maraqlıdır. Onlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək istəklərini də söyləyiblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info