“Nadir şah Əfşar” mövzusunda konfrans
Tarix: 07.12.2015 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Nadir şah Əfşar” mövzusunda konfrans keçirilib. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən konfransda layihəənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb. O, bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Azərbaycan xalqının dövlətçilik ənənələri və imperiya yaratmaq mədəniyyəti qədim və zəngindir. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıblar”. Tarixçi-alim Y.Mahmudov Əfşarlar imperiyasının banisi Nadir şah Əfşar haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Əfşarlar imperiyası Səfəvilərin davamıdır: “Tarixdə 3 hökmdar – Makedoniyalı İsgəndər, Əmir Teymur və Nadir şah Əfşar Hindistanı asılı vəziyyətə sala bilib. Nadir şah məzhəb ayrı-seçkiliyinə son qoymağa çalışıb”. Yaqub Mahmudov çıxışında bildirib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur: “Azərbaycan xalqı imperiyalar yaradan xalqdır”. Nadir şah Əfşara həsr olunmuş konfransda daha sonra layihənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Mustafazadə, Camal Mustafayev, Mehman Süleymanov, Güntəkin Nəcəfli, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məktəb direktoru Nasim Abışov və kompleksin tarix müəllimi Leyla Hüseynova çıxış ediblər. Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərinin iştirakı ilə Nadir şaha həsr olunmuş “Şətrənc” adlı tamaşa da göstərilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info