Ermənistanda saxta referendum oyunu
Tarix: 08.12.2015 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Levon Zurabyan : “Referendum zamanı saxta səslərin miqdarı yarım milyondan artıq olub”

Ermənistanın Mərkəzi Seçki Komissiyası keçirdiyi növbədənkənar iclasda dekabrın 6-da ölkədə konstitusiya dəyişiklikləri ilə bağlı səsvermələrin nəticələrini açıqlayıb. İlkin məlumata görə, referendumda səsvermə hüququna malik olan şəxslər 1.567.047 nəfər təşkil etsə də, səsvermədə 1.303.466 nəfər iştirak edib.
Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 53 min 332-si etibarsız sayılıb. Ümumi konstitusiya dəyişikliklərinə “hə” deyənlərin sayı 825 min 851, “yox” deyənlərin sayı isə 421 min 600 nəfər təşkil edib. Məlumat üçün bildirək ki, hakimiyyətin təklif etdiyi konstitusiya dəyişikliklərinə görə, bundan sonra ölkə prezidentinin səlahiyyət müddəti əvvəlki kimi 5 il yox, 7 il olacaq. Bundan əlavə prezident səsvermə yolu ilə deyil, parlament deputatları və yerli idarəetmə orqanlarının təşkil edəcəyi xüsusi qrup tərəfindən seçiləcək. Qeyd edək ki, keçirilmiş səsvermələrin nəticələri ölkə rəhbərini qane etsə də, bunu məhz elə “Sərkisyanın sonu” kimi dəyərləndirənlər də var. Xatırladaq ki, referendumla bağlı məsələ ortaya çıxandan bəri ölkədə fəaliyyət göstərən “İrs” partiyası və Erməni Milli Konqresi referendum keçirilməsinə etiraz edirdilər. Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyanın iddiasına görə, referendum zamanı saxta səslərin miqdarı yarım milyondan artıq olub. Zurabyan xatırladır ki, “Ermənistan müstəqil olandan bəri ölkə tarixində 4 referendum keçirilib. Müqayisəli şəkildə bildirək ki, 1995 və 2003-cü illərdə keçirilən referendumda rəsmi rəqəmlərə görə 1 milyon 200 min nəfər iştirak edib. Amma 2005-ci ildə keçirilən referendumun müxalifət tərəfindən boykot edilməsinə baxmayaraq, hakimiyyət referendumda 1 milyon 500 mindən artıq seçicinin iştirak etdiyini bildirmişdi”. Levon Zurabyan haqlı olaraq soruşur: “Əgər ölkədə son iqtisadi tənəzzüllə əlaqədar ölkə ərazisini 300 mindən artıq əhali tərk edibsə, seçicilərin ümumi sayının bu miqdarda göstərilməsi saxtakarlıqdan başqa bir şey deyil”. Bütün bunlara rəğmən, mübarizənin hələ ki, bitmədiyini iddia edən Zurabyan bildirir: “Ən paradoksallıq ondan ibarətdir ki, dövlət bu yalanına sadə insanları da inandırmağa çalışır. Əgər seçki məntəqələrinə gedən seçicilərin 95% -i "əleyhinə" səs verirsə və bu səslərin çoxu “lehinə” kimi təqdim edilirsə, bu, gələcəkdə baş verə biləcək heç bir olayın qarşısını ala bilməyəcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info