Atletlərimiz beynəlxalq turnirdə yeddi medal qazanıb
Tarix: 08.12.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyasının (AAF) və Olimpiya Akademiyasının vitse-prezidenti, Ümumittifaq dərəcəli hakim, SSRİ rekordçusu Tofiq Qarayevin 80 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya atletləri güclərini sınayıblar.
Turnirdə qızlar 60, 200, oğlanlar isə 60, 400 metr məsafəyə qaçışda birincilik uğrunda mübarizə aparıblar. Həmçinin qızlar və oğlanlar uzunluğa tullanma yarışlarında öz aralarında ən güclünü müəyyənləşdiriblər. Qızların yarışında 60 və 200 metr məsafəyə qaçışda Azərbaycan idmançısı Yelena Pextreva birinci olub. Uzunluğa tullanmada isə özbəkistanlı atlet Ugilay Abdulazizova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvü Yelena Pextreva isə gümüş medal qazanıb. Oğlanların 60 metr məsafəyə qaçış yarışlarında Türkiyə idmançısı Yiğit Yaşılçiçek birinci olub. Azərbaycan atletləri İlham İksanov və Vaqif Bağırov isə fəxri kürsünün ikinci və üçüncü pilləsində yer alıblar. Dörd yüz metr məsafəyə qaçışda özbəkistanlı Şakrux Baratov qızıl medal qazanıb. İlham İksanov isə bürünc medalla kifayətlənib. Uzunluğa tullanma yarışlarında yenidən türkiyəli Yiğit Yaşılçiçek fərqlənib. Atletimiz Yadulla İbrahimov isə turniri üçüncü pillədə başa vurub. Yarışın qalibləri medal, diplom, kubok və pul mükafatı ilə təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub
13.12.2018
Çempionlar Liqası: “Real Madrid” öz meydanında böyük hesabla uduzub
12.12.2018
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12.12.2018
UEFA Çempionlar Liqası: nəticələr
12.12.2018
UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info