“Məscidlərdə veb-kameraların quraşdırılması bir günün işi deyil”
Tarix: 08.12.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Ödənişsiz ali dini təhsil verən müəssisə yaratmaq
təklif olunur

"Məscidlərdə veb-kameraların quraşdırılması bir günün işi deyil, biz bu məsələni zamanla həll etməliyik".
“Trend”-in məlumatına görə, bunu dünən Bakıda "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, hazırda böyük məscidlərin bir çoxunda belə kameralar var. M.Qurbanlı bunların təhlükəsizlik tədbirləri ilə əlaqədar quraşdırıldığını qeyd edib: "Məscidlərdə veb-kameralar olmalıdır. Orada hər hansı təxribat törətmək planını bu cür kameralar vasitəsilə aşkar etmək, aradan qaldırmaq olar. Bunu zaman-zaman əksər məscidlərdə tətbiq etmək lazımdır". Komitə sədri qeyd edib ki, rayonlardakı məscidlərdə də bu cür veb-kameraların quraşdırılması nəzərdə tutulur: "Əksər rayon mərkəzlərində cümə məscidləri var. Əsasən, böyük məscidlərdə veb-kameraların quraşdırılması planlaşdırılır. Bunu tədricən daha geniş şəkildə tətbiq etmək lazım gələcək". Mübariz Qurbanlı deyib ki, xaricdə dini təhsil alanlar bundan sonra Azərbaycandakı məscidlərdə hər hansı formada xütbə və moizə verilməsində iştirak edə və məsciddə rəhbər vəzifə tuta bilməz. Onun sözlərinə görə, bu barədə qərar "Dini etiqad haqqında" qanuna edilən iki mühüm dəyişiklikdən sonra verilib: "Bu cür təhsil almış şəxslər, təbii ki, başqa sahələrdə çalışa bilərlər. Bu məsələdə kimsə onlara hər hansı formada manəçilik törətməyəcək. Azərbaycanda dini təhsil verən mədrəsələrimiz var. O cümlədən Bakı İslam Universiteti var. Biz təklif vermişik ki, Bakı İslam Universiteti bazasında ödənişsiz ali dini təhsil verən dini təhsil ocağı yaradılsın". M.Qurbanlı qeyd edib ki, həmçinin Azərbaycanda təhsil alan şəxslər məscidlərdə çalışmaq səlahiyyəti əldə edəcəklər: "Hazırda bu istiqamətdə işlər gedir".




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info