Latviyanın Baş naziri istefa verib
Tarix: 08.12.2015 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Dünən Laymdota Strauyuma Latviyanın Baş naziri vəzifəsindən istefa verdiyini elan edib. Beləliklə, Latviya hökuməti istefaya gedir. L.Strauyuma ölkə Prezidenti Raymonds Veyonis ilə görüşdən sonra bu haqda özü məlumat verib. Prezident L.Strauyumaya və onun başçılıq etdiyi hökumətə təşəkkürünü bildirib.
O deyib: “Strauyumaya “sağ ol” demək istəyirəm, çünki o, hökumətə heç kəsin başçılıq etmək istəmədiyi bir vaxtda bunu etdi”. L.Strauyuma Baş nazir vəzifəsində Valdis Dombrovskisi əvəz etmişdi. O vaxt V.Dombrovskis Avropa Parlamentinə daha yüksək vəzifəyə getmişdi. Zolitudada baş vermiş faciədən sonra V.Dombrovskis öz vəzifəsini itirib. Nüfuzlu “Politico” nəşri keçən həftə V.Dombrovskisi Avropa İttifaqının liderlərindən biri hesab edib. Baş nazir vida nitqində bildirib ki, onun hökuməti iki dövlət büdcəsi qəbul edib, bu müddətdə Latviyada iqtisadi vəziyyət yaxşılaşıb və indi ölkə yaxşı vəziyyətdədir. L.Strauyuma deyib: “Hesab edirəm ki, başlanmış işləri tamamlamaq üçün yeni ideyalar və enerji lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info