Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlər davam edir
Tarix: 08.12.2015 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Qars şəhərində Baş konsulu Ayxan Süleymanlı Bakı-Tbilisi-Qars dəmir yolu dəmir yol xəttinin Türkiyə hissəsində aparılan işlərin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə podratçı “Bayçel” şirkətinin Qars vilayətinin Arpaçay rayonundakı ofisində olub.
Layihənin icraçı direktoru Kayserşah Erdem Bakı-Tbilisi-Qars dəmir yol xəttinin inşası ilə əlaqədar 2007-ci ildən indiyədək görülmüş işlər barədə Baş konsula ətraflı məlumat verib. K.Erdem bildirib ki, işlərin sürətləndirilməsi istiqamətində dəmir yolunun Türkiyə ərazisində yerləşən 79 kilometrlik hissəsində “Bayçel” şirkəti adı altında sonuncu tenderi qazanan “Özgün Yapı” və “Çeliklər” şirkətləri tərəfindən görülən işlər hazırda davam etdirilir. Buraya Canbaz sərhəd dəmir yol stansiyasının tikintisi, 8,5 kilometrlik qazma tuneli və 11,05 kilometrlik açıq tunelin alt hissəsində betonlama işlərin aparılması, dəmir yol relslərinin döşənilməsi və 322 metr uzunluğunda dəmir yol körpüsünün inşası daxildir. Bundan əlavə, Baş konsul “Azərinşaat” MMC-nin sifarişinə əsasən “Bayçel” şirkəti tərəfindən yolun Gürcüstan ərazisindəki 1830 metrlik hissəsində aparılan işlərlə də maraqlanıb. K.Erdem bildirib ki, orada tunelin və dəmir yol stansiyasının tikintisi, həmçinin relslərinin döşəməsində tamamlama işləri aparılır. Layihə direktoru məlumat verib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlərin 2016-cı ilin sonunda bütünlüklə başa çatdırılması nəzərdə tutulur. Daha sonra Baş Konsul Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Türkiyə hissəsində aparılan işlərin bir qismi ilə yerində tanış olub, inşa edilən tunellərə baxıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info