“Xüsusi gəmi vasitəsilə axtarış işləri davam etdirilir”
Tarix: 08.12.2015 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Dünən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar hadisə zonasında yaradılmış qərargahda birgə müşavirə keçiriblər.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müşavirədə qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev “Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib. Nazirlikdən bildiriblər ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyətləri yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evlərinə buraxılıb. Dünən həmin 22 nəfər yenidən müayinələrə cəlb olunublar. Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Vəziyyətləri sabitdir və artıq palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir. Xəsarət alanların vəziyyəti səhiyyə nazirinin daim nəzarətindədir. Eyni zamanda, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımın göstərilməsi üçün isə psixoloqlardan ibarət briqada yaradılıb. Psixoloqlar yenidən Neftçilər xəstəxanasında olub, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır.

2-ci dalğıc qrupu axtarış işlərinə qoşulub
Dünən saat 16-da keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib ki, bu vaxtadək Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri 2 nəfər itkin düşmüş işçinin cəsədini Bakıya gətirərək Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Xətai Şöbəsinə təhvil verib. Cəsədlərin tanınması prosesindən sonra onların Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlu olduqları məlum olub. Tağıyev Fuad Tahir oğlu xilasedici dalğıc idarəsinin, Mahmudov Ağa İzzət oğlu isə kompleks qazma işləri trestinin işçiləri olub. O deyib ki, aşkar olunmuş 6 nəfərin cəsədi müxtəlif istiqamətlərdə - platformadan təxminən 25 kilometr aralıda tapılıb. B.Ağarəhimovun sözlərinə görə, bu helikopterlərdən əlavə “Günəşli” sahəsində daha 2 helikopter öz işini davam etdirir. Bundan əlavə, FHN daha bir əlavə helikopteri “Günəşli” sahəsinə göndərib. “Günəşli” yatağındakı 10 nömrəli özülün ətrafında xüsusi avadanlıqlarla təchiz olunmuş gəmi vasitəsilə axtarış işləri davam etdirilir. Burada dəniz daha dərin olduğu üçün xüsusi aparatlar vasitəsilə işlər yerinə yetirilir. Yanğının söndürülməsi məqsədilə əlavə qüvvə cəlb olunub və alovun lokallaşdırılması üçün maksimum iş görülür. O bildirib ki, sualtı işləri ilə əlaqədar geofizika idarəsi "Neft daşları"nda 2-ci dalğıc qrupunu axtarış işlərinə qoşub. Artıq 501 nömrəli meydançanın bütün sahəsi araşdırılıb və növbəti sahələrə hərəkət etməyə başlayıblar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info