“Heydər Əliyev və gömrük xidmətinin inkişafı”
Tarix: 08.12.2015 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Dekabrın 7-dəDövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında “Heydər Əliyev və gömrük xidmətinin inkişafı” mövzusunda tələbələrlə görüş keçirilib.
DGK-nın mətbuat xidmətindən verilən xəbərə görə, Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev məruzə ilə çıxış edib.
Məruzədə ulu öndərin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən söhbət açılıb. Bildirilib ki, bütün sahələrdə olduğu kimi gömrük xidmətinin də formalaşması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti ümummilli liderin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmamışdı. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atılıb. Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edilib, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olundu və gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri qurulub.
Komitə sədri A. Əliyev Heydər Əliyevin Azərbaycanda gömrük orqanlarının yaradılmasının 5 illiyi ilə bağlı keçirilən mərasimdəki tarixi nitqinə də toxunaraq bildirib ki, həmin çıxışında Heydər Əliyev Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirib. Heydər Əliyevin “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” - sözlərini xatırladan DGK sədri vurğulayıb ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi bu gün Azərbaycan Gömrük Xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır, dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə yerinə yetirir.
Heydər Əliyevin uzaqgörən siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən A. Əliyev bu gün də gömrük orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Komitə sədri Gömrük Akademiyasının tələbələrinin Heydər Əliyevin xatirəsini hər zaman yaşadacaqlarına, onun ideyalarına daim sadiq qalacaqlarına əminliyini ifadə etdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info