Nardarandan yeni xəbər var
Tarix: 08.12.2015 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Nardaran qəsəbəsində yeni qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Bunu Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
İ.Kərbalayev bildirib ki, indiyə qədər 300-dən artıq mənzildə yeni sayğaclar quraşdırılıb: “Orada 2 minə yaxın abonent var. İşlər məhəllə-məhəllə davam etdirilir. Həm mənzillərə texniki baxışlar keçirilir, həm təbii qazdan qeyri-qanuni istifadə hallar aşkarlanan mənzillərdə təmizləmə işləri aparılır, abonentlərlə yenidən müqavilələr imzalanır. Bu işlər yekunlaşandan sonra təbii qazın verilişi təmin ediləcək”.
İ.Kərbalayev vurğulayıb ki, qəsəbədə qaza görə yaranmış debitor borcu da ödənilməlidir.
Nardaran qəsəbəsində telefon rabitəsinin bərpa edilməsi ilə bağlı isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən Trend-ə bildirilib ki, telefon rabitəsinin dayanması elektrik enerjisinin kəsilməsi ilə bağlıdır. Qəsəbəyə elektrik enerjisi verildikdən sonra telefon rabitəsi də bərpa olunacaq.
Hazırda qəsəbənin giriş-çıxışında yenə də ciddi nəzarət davam edir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info