UNEC bu il də Azərbaycan Biznes Keys müsabiqəsinin qalibi olub
Tarix: 08.12.2015 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası Azərbaycan Biznes Keys (ABCC) müsabiqəsinin qalibi olub. Bununla da UNEC komandası müsabiqənin 7 qat çempionu statusunu rəsmiləşdirib. ADA Universitetində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilən Azərbaycan Biznes Keys (ABCC) müsabiqəsinin ideyası, layihə çərçivəsində müsabiqəyə qoşulan III-IV kurs tələbələrinin və magistrantların iqtisad-yönümlü sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətlərdə praktiki bacarıqlara yiyələnməkdə maraqlı olan gənclərə dəstək vermək və onların ölkənin biznes mühitinə cəlb olunmasında vasitəçi olmaq kimi məqsədləri özündə birləşdirir. Layihə çərçivəsində işçi qrupu müsabiqəyə hazırlıq məqsədilə yeddi həftəlik biznes-yönümlü müxtəlif nəzəri və praktiki sahələr ilə bağlı təlimlər veriblər. Layihənin bütün təlimlərində uğurla iştirak edən tələbə və magistrantlar müsabiqənin hazırlıq mərhələsinə keçiblər. Əsas mərhələ hesab olunan müsabiqədə hər biri dörd nəfərdən ibarət olan on beş komanda üçün hər həftə Harvard Universitetinin biznes keysləri təqdim olunmaqla, müzakirə və təqdimatlar əsasında praktiki bilik və bacarıqların mənimsənilməsi üçün şərait yaradılıb. Final mərhələsinə üç komanda - UNEC, ADA və Qafqaz Universitetləri yüksəlib. Münsiflər heyəti ən yaxşı komandanı müəyyənləşdirib. Yekun nəticəyə əsasən, UNEC komandası bütün rəqiblərini üstələyərək, birinci yerə layiq görülüb. Komandanın üzvləri Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Müzəffər Abbasov, Savalan Süleymanov, Leyla Səfərli və Aida Həsənovadır. Qalib komandaya öz kiçik bizneslərini təməlini qurmaqları üçün 6 min manat məbləğində pul mükafatı təqdim edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info