BSU-da beynəlxalq elmi-praktik seminarın açılışı olub
Tarix: 08.12.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyası (MAПРЯЛ) və Rusiyanın “Russkiy mir” Fondu ilə birgə keçirdiyi “Azərbaycanın orta və ali məktəblərində rus dilinin tədrisi: xüsusiyyətlər və tələbat” mövzusunda iki günlük beynəlxalq elmi-praktik seminarın açılış mərasimi olub. Tədbirdə çıxış edən rektor Asif Hacıyev seminarın mahiyyətindən söz açıb, habelə BSU-nun çoxşaxəli fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, universitetdə slavyanşünaslığın müxtəlif sahələri üzrə kadr hazırlanır, növbəti tədris ilindən isə serb və makedon dillərinin də tədrisinə başlanacaq. Rektor BSU-nun fəaliyyətində rusistikanın əsas yer tutduğunu, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlandığını, habelə rusistikaya aid fundamental elmi tədqiqatlar aparıldığını qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, BSU Rusiyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir. Professor A.Hacıyev BSU-nun xarici ölkələrin universitetləri ilə müştərək elmi layihələrindən, universitet tərəfindən xaricdə, o cümlədən Moskva Dövlət Linqvistik Universiteti və Ural Federal Universitetində azərbaycanşünaslığın tədrisinin təşkilindən də danışıb. Rektor ölkəmizdə rus dilinə böyük maraq olduğunu və bunun dövlət tərəfindən dəstəkləndiyini Azərbaycanın bir çox orta təhsil müəssisələrində və universitetlərdə rus dilli bölmələrinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Rus Dövlət Dram Teatrının, müxtəlif mətbu orqanların uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyasının prezidenti, Sankt-Peterburq Dövlət Universitetinin və Rusiya Təhsil Akademiyasının prezidenti, “Русский мир” Fondunun Himayədarlar Şurasının sədri akademik Lyudmila Verbitskaya Azərbaycanın sürətli inkişafına, Bakının gözəlliyinə heyran olduğunu deyib. Rus dilinin tədrisi metodikası, dərslikləri ilə bağlı məsələlərə toxunan L.Verbitskaya seminarda bu vacib məsələlərin müzakirə ediləcəyini bildirib. O, həmçinin Azərbaycanda rus dilinə olan münasibətdən, rus dilinin təhsildə, cəmiyyətdə tutduğu mövqedən, BSU-nun təhsil və elmi fəaliyyətindən dərin razılığını bildirib. Azərbaycanda rus dili ilə bağlı vəziyyətin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.
Seminar çərçivəsində professorlar A.Hacıyev və L.Verbitskayanın moderatorluğu ilə “Rus dilində təhsil alan xarici məktəb şagirdlərinin şifahi nitqinin qiymətləndirilməsi meyarları” mövzusunda dəyirmi masa, rusiyalı mütəxəssislər tərəfindən ustad dərsləri, mühazirələr keçirilib. Dəyirmi masada və digər tədbirlərdə rusiyalı mütəxəssislər – Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Olqa Rudenko-Morqun, Moskva Dövlət Universitetinin professoru Andrey Boqomolov, Sankt-Peterburq Dövlət Universitetinin professoru Tatyana Popova və bu universitetinin müəllimi Arseniy Parfyonov, MAПРЯЛ-ın katibliyinin direktoru Aleksandr Korotışev çıxış ediblər. Müzakirələrdə azərbaycanlı alimlər – BDU-nun kafedra müdiri, professor Ədibə Paşayeva, BSU-nun professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyeva, «Россотрудничество»nın nümayəndəsi Lyudmila Yakunina, ATU-nun professoru Alimə Osmanzadə, BSU-nun kafedra müdiri, professor İlyas Həmidov və başqalarının çıxışları da maraqla qarşılanıb.
Qonaqlara BSU nəşrləri, o cümlədən “Azərbaycanda rus dili və ədəbiyyatı” yeni nömrələri, rusistikada ilk dəfə hazırlanaraq çap edilən yeddi cildlik “Sergey Yeseninin dilinin lüğəti” və BSU tələbələrinin İsmayıllı rayonunun İvanovka kəndindən topladığı folklor nümunələri məcmuəsi təqdim edilib.


Tural




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Nazirlər Kabineti dil normalarının pozulmasına görə cərimələrin tətbiqi təklifini qəbul edib
23.07.2019
Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub
23.07.2019
AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək
23.07.2019
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23.07.2019
Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info