Niderland radisounda Azərbaycan haqqında söhbət
Tarix: 08.12.2015 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov adıçəkilən ölkənin “Schouwen-Duiveland” radiosunda, jurnalist Wim de Valkın verilişində qonaq olub. “Connect”in sədri Vüqar Abbasovun verdiyi məlumata görə, təxminən 20 dəqiqə çəkən proqramda Azərbaycanın 1918 – ci ildə Şərqdə, müsəlman ölkələri içərisində ilk demokratik respublikanı qurmasından, 1920 – ci ildə bolşeviklərin Azərbaycanı işğalından başlamış bugünkü günümüzə qədər qısa söhbət edilib: “Azərbaycanın Sovetlərdə qalmaq istəməməsini və 1988 – ci ildə mintinqlərin başlanmasını, 20 yanvar 1990 – cı ildə Sovet qoşunlarının ölkəmizdə insanları qırmasını, daha sonra Ermənistanla aramızda yaranmış problemi, Ermənistanın Rusiyanın köməkliyi ilə Dağlıq Qarabağı, ümumilikdə 20% torpaqlarımızı işğal etdiyini və bu günə qədər də torpaqlarımızın işğalda olduğunu dinləyicilərin diqqətinə çatdırdım. Bundan başqa, Azərbaycanda bütün din mənsublarının bərabər, dostluq içərisində yaşadığını, bu baxımdan ölkəmizdə heç bir problem olmadığını xüsusi vurğuladım. Azərbaycanın həm də turistlər üçün cəlbedici bir ölkə olduğuna da diqqət çəkdim. Yeni yaradılmış təşkilatımız, “Connect” barədə də söhbət etdik və iki ölkənin iş adamlarının görüşlərini təşkil etməyin də təşkilatımızın planlarına daxil olduğunu bildirdim. Mənə ayrılmış vaxtdan istifadə edərək həm Azərbaycan, həm də təşkilatımız barədə dinləyiciləri məlumatlandırmağa çalışdım. Sonda Wim de Valka Azərbaycan haqqında kitab bağışladım...”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq
20.01.2019
Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq
20.01.2019
Şəhidlərimiz təsdiq etdi ki, Azərbaycan təkcə torpaq deyil, həm də Vətəndir
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info