Belarusda Bəxtiyar Vahabzadə ilə bağlı ədəbi-bədii gecə keçirilib
Tarix: 08.12.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Minskdə Azərbaycanın Xalq şairi, tanınmış ədib və ictimai xadim Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin, Belarus-Azərbaycan İcmaları Konqresi və Gənclər şöbəsinin nümayəndələri, Belarus Respublikasının müxtəlif ali təhsil ocaqlarının tələbələri və başqa qonaqlar iştirak ediblər.
Poeziya axşamının açılışı BDİU tələbəsi Olqa Yaroçkinanın “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında milli rəqsin ifası ilə başlanıb. Rəqsin gözəl və zərif ifası tədbir iştirakçılarını lirik ahəngə kökləyib və təəssürat bəxş edib.
Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov öz müraciətində qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük töhfələr vermiş və onun siyası həyatında rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. Digər qonaqlar da ustadın insanı mənəvi ucalığa səsləyən yaradıcılığının poetik-fəlsəfi məzmunun milli poeziyada vətənpərvərlik ruhunun artması və ədəbi-ictimai fikirin zənginləşməsində mühüm rol oynadığı barədə fikirlərini söyləyiblər.
Azərbaycan dili və mədəniyyəti mərkəzinin başçısı Salatın Mirzəyeva öz növbəsində qeyd edib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı bizlərdə ana dilinə, doğma torpağa məhəbbət tərbiyə edib və onun qarşısında borclu olduğumuzu aşılayıb. Bu, Vətəninə, köklərinə, doğulduğu məkana bağlı olan insan idi. Şair öz diyarını, ömrünün son illərini keçirdiyi Şəkini çox sevirdi.
Gecənin aparıcıları Ramil Hüseynov (BDU) və Polina Poteyonok şairin həyatından maraqlı faktlar barədə danışdırlar, qonaqları Azərbaycanın poetik fikrinin əfsanəvi xadiminin yaradıcılığı ilə tanış etdilər. Ədəbi gecə həqiqətən iştirakçılara sübut etdi ki, əsər hansı dildə olursa olsun, əgər ustadın əli ilə yazılıbsa, o zaman onun sətirləri hər-hansı millətdən olan insanın qəlbinin nazik simlərinə toxuna bilər. Həm azəri, həm də belarus tələbələri dahi şairin şerlərini azərbaycan və rus dillərində səsləndirdilər. Onların arasından Aytən Mursaqulovanı (BXTU), Dilşad Ağayevannı (BDU), Həmid Yusifovu (BDTU), Elvina Əkbərovanı (BDTU), Polina Poteyenoku (BDİU) qeyd etmək olar.
Tədbirin əsas məğzi “Açıq mikrofon” rubrakası olub, arzusu olan şair barədə fikirlərini demək, xoşladığı şerini oxumaq imkanı qazandı. Qonaqlar arasında şairin poeziyasına biganə olmayan fəallar vardı. Onlar şairin yaradıcılığını müxtəlif anlarına toxunaraq, xatirələrilə bölüşdülər, hər kəsin qəlbinə yaxın şerlərini oxudular. Şairin tək azərbaycan deyil, bütünlüklə türk poeziyasının inkişafındakı böyük xidməti barədə bir çox söz deyildi.
Gecənin sonunda şairin son müsahibəsindən Bəxtiyar Vahabzadənin gənclərə müraciət edib xeyir-dua, hər zaman akyual olan məsləhətlərin verməsini əks etdirən qısametrajlı video nümayiş olunub.
Uzun zaman yaddaşlarda qalacaq gecənin devizi “Dahi xadimlər heç vaxt ölmür!” oldu, axı onların Vətən qarşısındakı əməlləri həmişə yaddaşımızda, əsərləri ürəklərimizdədir, Bəxtiyar Vahabzadənin şerləri isə daima dilimizdədir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info