“Üçüncü ölkənin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə qoşulması qərarı konsensus əsasında qəbul ediləcək”
Tarix: 16.02.2013 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Gürcüstanın yeni hökumətinin xarici siyasətinin prioriteti qonşu ölkələrlə əlaqələri genişləndirməkdir. Bunu dünən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Gürcüstanın yeni hökumətinin fəaliyyətinin ilk 100 gününün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Diplomat qeyd edib ki, baş nazir Bidzina İvanişvilinin hakimiyyətə gəlişindən sonra qonşu ölkələrə səfərləri buna parlaq sübutdur. Gürcüstanın baş naziri Bidzina İvanişvili fevralın 5-də partiyasının oktyabr seçkilərində qələbəsindən sonra hökumətin işinin ilk 100 gününə yekun vurub. Baş nazir ilk səfərlərini, Azərbaycana, Ermənistana və Türkiyəyə edib.
Şaraşenidzenin sözlərinə görə, ölkənin xarici siyasətində digər mühüm istiqamət Gürcüstanın Avropaya və Avroatlantik strukturlara inteqrasiyasıdır: "Gürcüstan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının "yol xəritəsi"nin əsas prinsiplərinin təşkilatın Vilnüsdəki sammitinə qədər reallaşdırılması üçün hər cür səy göstərəcək". Səfir bildirib ki, Gürcüstanın Rusiya ilə münasibətlərinin yenilənməsi yeni hökumətin əsas hədəflərindən biridir. Onun sözlərinə görə, Rusiya ilə ikitərəfli əlaqələr davam etdiriləcək, Rusiya bazarı artıq Gürcüstan kənd təsərrüfatı məhsulları və şərabı üçün açılır: "Cenevrə danışıqları Rusiya ilə təhlükəsizlik məsələlərinin, stabillik və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları mexanizmlərinin müzakirəsi üçün əsas platforma olaraq qalır". Səfir bildirib ki, üçüncü ölkələrin Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinə qoşulması haqqında qərar layihənin iştirakçı ölkələrinin konsensusu əsasında qəbul ediləcək: "Bir çox ölkələrin marağı var, lakin qərar konsensus əsasında qəbul ediləcək". Şaraşenidzenin sözlərinə görə, üç ölkə arasında BTQ layihəsi üzrə heç bir mübahisəli məsələ yoxdur.
ANAR




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info