NDU-da növbəti görüş
Tarix: 08.12.2015 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti dəfə görüşüb. Sosial idarəetmə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov görüşü açaraq bildirib ki, 2015-ci il 27 iyul tarixli Sərəncam peşəkar kadr hazırlığı, nəzəri və təcrübi biliklərin yanaşı öyrədilməsi, birgə əməkdaşlıq baxımından artıq öz faydasını verməkdədir. Xatırladılıb ki, sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə universitetin Sosial idarəetrmə və hüquq fakültəsi ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə hazırladığı tədbirlər planında təcrübəli əməkdaşların hamiliyə götürülən ixtisasın tələbələrinə ayda bir dəfə nümunəvi açıq dərs keçmələri, Komissiyanın yerləşdiyi binada tələbələr üçün istehsalat təcrübələrinin təşkili, tələbələrin elektron dərslik və yeni elmi nəşrlərlə təmin edilməsi nəzərdə tutulur.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülmməmmədli “Dövlət idarəetməsinin Azərbaycan modeli” mövzususunda çıxış edərək ümummilli lider Heydər Əliyevin irs qoyduğu mükəmməl dövlət idarəçiliyi konsepsiyası, dövlət qulluğu məsələlərini tənzimlənməsi məqsədilə hazırlanan çoxsaylı normativ hüquqi aktlar, ölkədə beynəlxalq standartlara cavab verən idarəetmə sistemi və hüquqi baza yaradılması haqqında məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi sayəsində Azərbaycan Respublikasında dövlət qulluğunun idarə olunması gündən-günə təkmilləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti təsdiq edir ki, muxtar respublikada da bu məsələ ilə bağlı islahatlar müvəfəqqiyətlə həyata keçirilməkdədir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin aparıcı məsləhətçisi Zaman Bağırov “Dövlət qulluğunun yaranması, inkişafı və onun beynəlxalq xüsisyyətləri” mövzusunda çıxış edərək Qərb və Şərqin dövlət qulluğu və dövlətçilik ənənələrindən, dövlət qulluğunun məqsədləri, vəzifələri, funksiyaları, prinsiplərinin müəyyənləşdirilməsi və inkişafından bəhs edib. Çıxışda ABŞ, İngiltərə. Fransa, Yaponiya kimi inkişaf etmiş dövlətlərdə dövlət qulluğunun yaramnası və inkişafından danışılıb, dünyada və Azərbaycanda mövcüd olan dövlət qulluğu sistemləri müqayisəli təhlil olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info