Ağachörmə sənəti bu gün də yaşadılır
Tarix: 08.12.2015 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Ağachörmə sənəti Azərbaycanda ən qədim sənət növlərindən biridir. Bu sənət növü bu gün də Naxçıvan Muxtar Respublikasında yaşadılır. Həmin sənəti yaşadanlardan biri də Şahbuz rayonunun eyniadlı kəndində yaşayan, ağac şivlərindən müxtəlif əşyalar hörən Həsən Sadiqovdur.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Həsən Sadiqov bildirib ki, hələ balaca vaxtlarında dədə-babalarımızın ağaclardan müxtəlif alətlər düzəltdiyinin şahidi olub.
Həsən Sadiqov cavan söyüd şivindən, son dərəcə elastikliyi ilə seçilən həmərsin və gərməşov çubuqlarından istifadə etməklə səbət, cürə səbət, arı səbəti, çəpərə və cəvərə hazırladığını bildirib. Əhali arasında “ilqarı” adlanan koldan hazırlanan çalqu, süpürgə isə öz möhkəmliyi ilə seçilir. “Çəpərə oval şəklində olur. Ondan lavaşyapmada və sulamada istifadə edilir. Lavaş yaparkən quru çubuqlardan ibarət olan çəpərənin üzərinə örtük çəkilir, içinə saman doldurulur. Xəmir onun üzərinə yayılır və təndirin divarına yapışdırılır. Cəvərə isə ləyən, teşt şəklində olur, ondan bir əşyanın başqa yerə daşınmasında istifadə edilir”, - deyə həmsöhbətim vurğulayır.
Həsən usta deyir ki, səbət hazırladığı zaman qalın çubuqları eyni boyda kəsib onları 20 santimetrdən bir yerə basdırır, nazik civirlərlə (ağac şivləri) aralarını hörməyə başlayır. Hörmə başa çatdıqdan sonra səbətin yerə batan tərəfini çıxarıb, artıq qalan ucları isidib qatlayır, beləcə səbət hazır olur. Arı səbətlərinin də öz toxunma texnikası var. Arı səbətinin toxunma üsulu eyni olsa da, elə hörməlisən ki, səbət konusvarı alınsın və əvvəlcədən hazırlanan arxa qapağa uyğun olsun. Ön tərəfdə arılar üçün uçuş bacası qoyulur. Sonra hörülmüş səbətin üzəri suvanır. Arı səbəti hazırlayanda gərməşov kolunun çubuqlarına üstünlük verilir. Çünki gərməşov çubuğu həm ətri ilə arıları cəlb edir, həm də arıları xəstələnməyə qoymur.
Həsən Sadiqov ağacdan hörülən səbətdə meyvələrin uzun müddət xarab olmadan qaldığını bildirir. Plastik qablarda saxlanılan meyvələrin ömrü isə ən çox bir həftə olur.
Qədim sənət növünü yaşadan Həsən usta onu da deyib ki, bu əşyaların məişətimizdən çıxmaması, unudulmaması üçün gəncləri bu işə həvəsləndirir. O inanır ki, tələbələri hörmə sənətini yaşadacaq, onu daha da inkişaf etdirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info