Ermənistanda keçirilən referendumda ölülər də “səs verib”?
Tarix: 08.12.2015 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referendum ölkə müxalifəti , xüsusən “İrs” partiyası və Erməni Milli Konqresi tərəfindən kəskin etirazlarla qarşılanıb. Məsələn, referendumun saxtalaşdırılmasına etiraz edən “İrs” lideri Raffi Ovannisyan səsvermə zamanı bülleteni cıraraq zibil qutusuna atıb.
Lakin qeyd edilməlidir ki, referendum zamanı baş vermiş bütün saxtakarlıqlara baxmayaraq, yeni Konstitusiya layihəsini dəstəkləyən qüvvələr bunu ölkə üçün “irəliyə addım” kimi qələmə verməyə çalışırlar. Xatırlatmaq yerinə düşər ki, bundan əvvəl də erməni müxalif liderlərinin gətirdikləri faktlara istinad edib referendumda iştirak edən seçicilərin sayının ölkə əhalisinin sayı ilə düz gəlmədiyi barədə xəbər vermişdik. Deyəsən, deyilənlər özünü doğrultmaqdadır. Məsələnin mahiyyəti bundadır ki, Gümrü sakinlərindən biri “Qraparak” qəzeti redaksiyasına zəng edərək seçicilər siyahısında adları olan və bu ilin əvvəllərində rus hərbçisi Valeriy Permyakov tərəfindən öldürülən Avetisyanın ailə üzvlərinin də Konstitusiyanın lehinə “hə” deyənlər sırasında olduğunu bildirib. Ermənistan Baş Prokurorluğu bu xəbərə reaksiya verərək məsələnin araşdırılması üçün İstintaq Komitəsinin regional bölməsinə tapşırıldığını bildirsə də, Ermənistanın ikinci böyük şəhərinin sakinləri bunu özləri üçün böyük təhqir hesab edirlər. “Onsuz da hər şeyin yalan olduğunu bildiyimiz halda, bunların doğru olduğunu bizə inandırmağa çalışırlar”. Bunu isə 1989-cu ildən bəri Gümrüdə müvəqqəti sığınacaqda məskunlaşan və artıq nə vaxtsa buranı tərk edəcəyinə ümidini itirmiş çoxuşaqlı erməni ailəsinin başçısı bildirib. “Biz yalançı və oliqraxlarla əhatə olunmuş bir ölkədə yaşayırıq”-deyən ailə başçısı ailəsinin evsizlik statusu olmadığını da nəzərə çatdırıb: “Biz Ermənistanda baş verən zəlzələdə evimizi itirdikdən sonra, müvəqqəti ailəvi yataqxanaya sığınmışıq. Ölkədə bütün evsizləri evlə təmin etdikdən sonra, bizi də evlə təmin edəcəkləri barədə ümidlər verirlər. Artıq biz bu yalanlara öyrəşmişik və gələcəyə heç bir ümidimiz qalmayıb”. Gümrü sakini ikinci qrup əlildir. Heç bir yerdə işləmir, əslində iş üçün heç bir yerə də müraciət etmir. Bilir ki, indi ölkədə iş tapmaq müşkül məsələdir. 8 nəfərlik ailə ancaq pensiya və müavinət hesabına duruş gətirir. Evdə iki südəmər körpə var. Onları soyuqdan qorumaq üçün bütün günü elektrik sobasından istifadə edilir. Buna isə pul çatdırmaq olmur. Qəbiristanlığın yaxınlığında yaşadığını və hər gün bura gətirilən cənazələri seyr etdiyini bildirən erməni həmsöhbət: “Hər gün kimisə dəfn edirlər, əksəriyyəti də gənclərdir. Ölkədəki yaşam tərzi onları vaxtından əvvəl qocaldır. Xəstəxanaya müraciət etmək üçün pul lazımdır. Bu da hər adama nəsib olmur. Budur Ermənistan reallığı”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info