Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
Tarix: 09.12.2015 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatının birinci dəstəsində yarışlar yekunlaşıb.
Yarışda 2014-cü ildə birinci dəstənin 5, Bakı çempionatının 5, seçmə yarışın 3, kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14, 16, 18 və 20 yaş), dünya və Avropa çempionatlarının medalçıları (12-20 yaş), uşaq olimpiadasının 3 qalibi mübarizə aparır. Ölkə çempionatında, həmçinin qadınlar arasında beynəlxalq qrossmeyster, beynəlxalq usta və FİDE ustaları və beynəlxalq əmsalı 2000-dən az olmayan idmançılar iştirak hüququ qazanıblar. Sonuncu turda Əhməd Əhmədzadə Çingiz Rzayevi, Rəşad Zeynallı isə Fariz Əhmədovu məğlub edərək xallarının sayını 6,5-ə çatdırıblar. Andrey Mustafin və Elvin Bayramov isə heç-heçə edərək hərəyə 6 xal toplayıblar. Beləliklə, Əhməd Əhmədzadə və Rəşad Zeynallı 1-2-ci yerləri bölüşdürüblər. Əhməd Əhmədzadə əlavə göstəricilərə görə, yarışın qalibi adını qazanıb. Elvin Bayramov və Andrey Mustafin isə 3-4-cü yerləri bölüşdürüblər. Elvin Bayramov əlavə göstəricilərə üçüncü yerin sahibi olub. Fərid Aslanov isə 5,5 xalla beşinci yerdə qərarlaşıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən çempionatda ilk üç yeri tutan şahmatçılar gələn il Azərbaycan çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanıblar. Qeyd edək ki, çempionatın qalibi Əhməd Əhmədzadə əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsidir.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23.07.2019
Masallı güləşçisi bürünc medal qazanıb
23.07.2019
Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı
23.07.2019
Azərbaycanda idmana böyük diqqət və maraq var
22.07.2019
Qardaş Azərbaycanda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info