“Avropa Birliyinin bəyanatı qəbulolunmazdır”
Tarix: 16.02.2013 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Elman Abdullayev: “Xocalı soyqırımı dünyada siyasi və hüquqi
qiymət alana qədər Azərbaycan dünya ictimaiyyətini
məlumatlandırmağa davam edəcək”


Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin Azərbaycanda insan haqlarına dair son bəyanatını istintaq işinin gedişinə müdaxilə kimi dəyərləndirir. XİN Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AB-nin ATƏT-dəki nümayəndəliyinin son bəyanatını belə şərh edib.
“Bu qəbulolunmazdır və təəccüb doğurur. Heç kimə istintaqı necə aparmaq barədə göstəriş vermək olmaz, çünki Azərbaycanda da istintaq prosesi bütün dünyada olduğu kimi müstəqildir. Kimə hansı ittihamların irəli sürülməsini təhqiqat orqanları özləri müəyyənləşdirir. Təəccüb doğuran isə odur ki, daim müstəqil məhkəmə proseslərinin keçirilməsinə tərəfdar olduğunu bəyan edənlər bu gün Azərbaycanda istintaq prosesinə təzyiq etməyə çalışırlar. Bu kimi bəyanatlar Avropa Birliyinin obyektivliyinə kölgə salır. Əgər, Avropa Birliyi Ermənistanda prezidentliyə namizədin günün günorta çağı güllələnməsinə münasibət bildirmirsə, onda bu qurumun ümumiyyətlə hansısa ölkə ilə bağlı bəyanat verməyə haqqı çatmır”. Elman Abdullayev bildirib ki, Xocalı soyqırımı dünyada siyasi və hüquqi qiymət alana qədər Azərbaycan dünya ictimaiyyətini məlumatlandırmağa davam edəcək. O, hazırda Xocalı soyqırımının dünyada tanınması üzrə prosesin genişləndiyini söyləyib: “Ermənistan rəhbərliyi insanlıq əleyhinə törətdiyi cinayətləri gizlətmək istəsə də, hazırda Xocalı soyqırımının tanınması üçün cəhdlər davam edir, bu hadisə barədə məlumatlı olanların ıııcoğrafiyası genişlənir. Bir sıra ölkələrin qanunvericiləri bu istiqamətdə cəsur və obyektiv addımlar atıblar”. E.Abdullayev xatırladıb ki, xarici işlər naziri Nyu-Yorkdakı çıxışında bu cinayətləri törədənlərin tituluna və rəsmi mövqe tutmasına baxmayaraq, cəzasız qalmayacaqlarını bildirib: “Ermənistanın rəsmi şəxsləri anlayırlar ki, cəzasız qalmayacaqlar. Bu, soyqırımı idi və azərbaycanlılara qarşı yönəlmişdi”. XİN sözçüsü ABŞ-ın Nyu Meksiko və Arkanzas ştatları, eləcə də Rumıniyada Xocalı soyqırımının tanınması istiqamətində addımlar atıldığını qeyd edib. E.Abdullayevin sözlərinə görə, Ermənistan bölgədə üçüncü ölkələrin marağına xidmət edən, həmin ölkələrin bir alət kimi istifadə etdiyi dövlətdir: “Ermənistanın Azərbaycanın inkişafının başlanğıc nöqtəsinə çatmasına çox var, mən hələ iki ölkə arasında müqayisə aparmıram. Azərbaycan beynəlxalq arenada Ermənistanı tam ifşa edir. Hazırda Ermənistanın siyasəti beynəlxalq təşkilatlar tərəfindən tənqid edilir və o, işğalçı kimi tanınır”.
ANAR




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info