“Azərbaycan modern inkişafı və qonaqpərvərliyi ilə yaddaşlarımıza yazıldı”
Tarix: 09.12.2015 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Tokionun Vaseda Universitetinin bir qrup tələbəsi cari ilin oktyabrında “Yaponiya-Azərbaycan mübadilə proqramı-2015” layihəsi çərçivəsində Azərbaycana səfər edib.
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri həmin proqramda iştirak etmiş müəllim-tələbə heyətinin bir qrup üzvü ilə görüşərək səfər haqqında onların təəssüratlarını öyrənib.
Proqramın rəhbəri, Vaseda Universitetinin professoru Hiroaki Mohri bildirib ki, tələbələrin qatıldığı bu səfərdən məqsəd son illər böyük iqtisadi nailiyyətlər qazanan Azərbaycanla əyani şəkildə tanış olmaq, iki ölkənin gəncləri arasında dostluq əlaqələri, qarşılıqlı anlaşma yaratmaq idi.
Layihə çərçivəsində Azərbaycana səfərlərin artıq ənənə şəklini aldığını qeyd edən professor səfərin təşkilində göstərilən yardıma görə Azərbaycanın Yaponiyadakı səfirliyinə və azərbaycanlı dostlarına minnətdarlığını bildirib. Səfərin çox yüksək səviyyədə keçdiyini, tələbələrin ölkəmiz haqqında böyük təəssüratlarla qayıtdıqlarını vurğulayıb. Ölkəmizin keçmiş SSRİ respublikaları arasında yüksək iqtisadi inkişafı ilə diqqəti cəlb etdiyini qeyd edən H.Mohri bildirib ki, Azərbaycan və Yaponiya insanların qonaqpərvərliyi, tolerantlığı, yüksək mədəniyyəti ilə bir-birinə çox bənzəyir.
Universitetin biznesin idarə edilməsi fakültəsinin tələbəsi Kan Hiroyuki ölkəmizin onda çox dərin təəssürat oyatdığını bildirib. Azərbaycanlılar çox qonaqpərvər, istiqanlıdırlar. Səfər zamanı qaldığım evin sakinləri məni ən əziz adam kimi qarşıladılar. Bu ailənin daxilindəki səmimiyyət, mehribançılıq və qonağa diqqət mənim çox xoşuma gəldi. Paytaxt Bakı isə özündə keçmişlə müasir dövrü birləşdirir. Bir tərəfdə tarixi İçərişəhər, digər tərəfdə isə möhtəşəm “Alov qüllələri” kompleksi və dünyanın ən hündür Dövlət bayrağı qülləsi. Bütün bunlar həqiqətən çox gözəl idi. Azərbaycan modern inkişafı və qonaqpərvərliyi ilə yaddaşlarımıza yazıldı.
Ticarət fakültəsinin tələbəsi Andeu Tsubasa da azərbaycanlı ailəsində qaldığını qeyd edərək bildirib ki, Azərbaycanda ailədaxili münasibətlər onun çox xoşuna gəlib. Səfər zamanı çoxlu dost qazandım. Mətbəxiniz, xüsusilə Azərbaycan balı çox xoşuma gəldi. İnsanlarınız çox mehriban idi. Qonaq gedərkən hər şeyin məhz qonağa uyğunlaşdırıldığının şahidi olduq. Sizin çox gözəl adətləriniz, səmimi insanlarınız var. Çox maraqlı və əyləncəli bir səfər oldu.
İqtisadiyyat fakültəsinin tələbəsi Komatsu Takumi bildirib ki, əvvəllər Azərbaycan haqqında heç bir məlumatım olmayıb. Universitetin layihəsi sayəsində Azərbaycan haqqında araşdırmalar apardım və müəyyən məlumatlar əldə etməyə çalışdım. Müsəlman ölkəsi olduğuna görə narahat idim. Dillər Universiteti və Bakı Dövlət Universitetində tələbələrlə müzakirələr apardıqda düşüncələrimizin eyniliyinin şahidi oldum. Qısası, çox gözəl ölkəniz var.
Biznesin idarə edilməsi fakültəsinin tələbəsi İsa Takuya isə azərbaycanlı gənclərin yüksək dünyagörüşü, savadı, bir neçə dildə sərbəst danışmaları ilə onu heyrətləndirdiklərini bildirib. Onlar təhsillə yanaşı, idmana, fiziki sağlamlığa da xüsusi diqqət yetirirlər. İdmanın müxtəlif növləri, Yaponiyada da geniş yayılmış karate və aykido ilə məşğul olurlar. Belə savadlı, müasir düşüncəli gənclərin yetişməsi deməyə imkan verir ki, ölkəniz gələcəkdə daha böyük uğurlar qazanacaq.
Proqram çərçivəsində tələbələrin Bakı şəhərindən əlavə, Quba və Qusar rayonlarına da getdiklərini, buradakı tarixi və mədəniyyət abidələri ilə tanış olduqlarını söyləyən professor H.Mohri proqramın davamlı xarakter daşıyacağını qeyd edib. Tələbələrlə ayrı-ayrılıqda İsmayıllıya, Lahıca gəzməyə getməyi də planlaşdırırıq. Düşünürəm ki, sürətli inkişafı ilə yaponların diqqətini cəlb edən Azərbaycana maraq çox böyükdür və bu, proqramın davamlı olacağını deməyə əsas verir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info