“Proqram çərçivəsində 450 nəfər öz iş qabiliyyətlərini işəgötürənlərə təqdim edib”
Tarix: 09.12.2015 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Onların 80 faizindən çoxu müxtəlif dövlət və özəl təşkilatlarda münasib iş yeri ilə təmin ediliblər”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Brukla ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi sahəsində islahat tədbirlərinin geniş vüsət aldığını vurğulayıb: “Bu tədbirlərdə biz mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müvafiq sahələr üzrə ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm veririk. Ötən dövrdə həmin təşkilatlarla uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. BMT-nin və onun qurumlarının aidiyyəti iş sahələri ilə bağlı Konvensiyaları üzrə öhdəliklərin icrası sahəsində də məqsədyönlü işlər aparılıb”.
Nazir BMT İnkişaf Proqramı ilə görülən birgə işlərin əhəmiyyətini də diqqətə çatdırıb: “Son illərdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində SYSLAB Təlim Tədris Mərkəzləri vasitəsilə aparılan təlimlər 450 nəfərdən çox işsiz və işaxtaran şəxsin öz potensial iş qabiliyyətlərini işəgötürənlərə təqdim etmək bacarıqlarına yiyələnməsində mühüm rol oynayıb. Onlardan artıq 80 faizdən çoxu müxtəlif dövlət və özəl təşkilatlarda münasib iş yeri ilə təmin ediliblər. Ümumilikdə biz qarşıdakı dövrdə məşğulluq sistemində qabaqcıl dünya təcrübəsindən irəli gələn innovativ metodların tətbiqi üçün belə layihələri davam etdirmək niyyətindəyik”.
Qeyd olunan sahələrdə görülən birgə işlərdə rezident əlaqələndiricisi kimi A.Brukun fəaliyyətini yüksək dəyərləndirən S.Müslümov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
A.Bruk ölkəmizdə fəaliyyəti dövründə respublikamızda bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahat tədbirlərini maraqla izlədiyini və həmişə bu işlərdə öz dəstəyini vermək üçün səylər göstərdiyini vurğulayıb. O, gələcəkdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin aidiyyəti qurumları arasında əməkdaşlığın yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə əməkdaşlıq müstəvisində görülən işlərə və onların nəticələrinə dair fikir mübadiləsi aparılıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info