İtaliyanın iş adamları “Ulduz” şokolad fabrikinə maraq göstərirlər
Tarix: 09.12.2015 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Neapol-Bakı Assosiasiyasının prezidenti Ciuzeppe Caniglianın başçılıq etdiyi iş adamlarından ibarət nümayəndə heyyəti Ulduz Şokolad fabrikində işgüzar səfərdə olub. Səfər çərşivəsində İtaliyalı qonaqlar fabrikin istehsal sahələri, anbar və labaratoriya ilə yaxından tanış olublar. Burada şokoladın hazırlanma texnologiyasından tutmuş, onun qablaşdırılmasınadək bütün istehsal prosesləri qonaqlara izahlı şəkildə göstərilib. Görüşdə müəssisənin direktoru Elnur Allahverdiyev müasir texnologiyalarla təchiz edilən “Ulduz” şokolad fabrikinin istehsal etdiyi məhsullardan və ümumilikdə fabrikin istehsal gücündən danışıb. Görüş zamanı qonaqlara həmçinin bildirilib ki, istehsal prosesində keyfiyyətə daim önəm verən müəssisə rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənilmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılıb.
Eyni zamanda bildirilib ki, fabrik olaraq əsas məqsəd yerli və xarici bazara beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim etməkdir. Ümumilikdə 20-dən artıq ölkəyə hazır məhsul ixrac olunduğunu vurğulayan qurum rəsmisi həmçinin Ulduz fabrikinin müxtəlif keyfiyyət və beynəlxalq sertifikatlar alması, o cümlədən Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalaması barədə də qonaqlara məlumat verib.
Görüşdən məmnun qalan qonaqlar, o cümlədən Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov italiyalı iş adamlarının ölkəmizə investisiya yatırımında, həmçinin Azərbaycandan İtaliyaya yerli məhsulların ixracatında maraqlı olduqlarını və Ulduz şokolad fabrikinin müasir texnoloji avadanlıqlar ilə təchiz olunmuş istehsalından və məhsullarının keyfiyyətindən razı qaldıqlarınl ifadə edib.
Qeyd edək ki, Neapol-Bakı Assosiasiyası Azərbaycanla İtaliya arasında mövcud olan dostluq, ticarət və mədəniyyət əlaqələrini daha da inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən təşkilatdır. Baş qərargahı İtaliyanın Neapol şəhərində yerləşən Assosiasiya 2014-cü ildə yaradılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info