Qaçaqmalın gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb
Tarix: 09.12.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan xeyli sayda vasitələrin gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, son vaxtlar, xüsusilə, qarşıdakı bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycanın gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır.
Bu günlərdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşları - Mahmud Nəbiyevin idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 14220 ədəd, Azər Hüseynovun idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsindən 7000 ədəd, Elyar İsmayılovun idarə etdiyi “Peugeot-406” markalı nəqliyyat vasitəsindən 82550 ədəd, Sönməz Osmanovun idarə etdiyi “Opel Astra” markalı nəqliyyat vasitəsindən 5436 ədəd, Teymur Əliyevin idarə etdiyi “Mercedes Benz C180” markalı nəqliyyat vasitəsindən 40800 ədəd, Natiq Əhmədovun idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 12800 ədəd, Əbülfəz Ələkbərovun idarə etdiyi “VAZ 21703” markalı nəqliyyat vasitəsindən 57600 ədəd, Samir Musayevin idarə etdiyi “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsindən isə 20400 ədəd, ümumilikdə 240806 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələrin gömrük nəzarətindən gizlədilməsi aşkar olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info