Yeni hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı olub
Tarix: 09.12.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


2015-ci il dekabrın 9-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müasir tipli ikinci hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı olub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, radiolokator ilə təchiz olunmuş yeni Hava hərəkətinin idarəedilməsi qülləsi hazırda Avropada unikal sistem kimi tanınır və hava hərəkətinin idarəedilməsi sahəsində bütün müasir tələblərə cavab verir. Hava hərəkətinin idarəedilməsi qülləsi təyyarələrin hava limanına yanaşması zamanı və Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verəcək.
Yeni Hava hərəkətinin idarəedilməsi qülləsi üçün S rejimini dəstəkləyən ikincili RSM970S radiolokatorunun təchizatı THALES şirkəti tərəfindən həyata keçirilib.
Hava hərəkətinin idarəedilməsi qülləsinin açılış mərasimində Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez (Aurelia Bouchez), Thales Eurasia şirkətinin Vitse-prezidenti Roje De (Roger Daix) və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Birinci vitse-prezidenti Sabir İlyasov iştirak ediblər.
Sabir İlyasovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan aviasiyasının inkişafına diqqət və qayğısı sayəsində AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan Respublikasının hava məkanında bir çox uğurlu layihələr həyata keçirib.
"İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri özündə birləşdirən yeni texnologiyaların tətbiqi üzrə dünya liderlərindən biridir. Bunun nəticəsində ICAO və “Eurocontrol”un son tələblərinə uyğun olaraq uçuşların yüksək təhlükəsizlik səviyyəsi təmin olunur", - deyə Sabir İlyasov bildirib.
Azərbaycanın aeronaviqasiya sistemi əsas hava daşıyıcılarının diqqətini cəlb edib. Bu gün “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşlara və hava limanlarında təxminən 40 min uçuşlara aeronaviqasiya xidməti göstərir", - deyə S.İlyasov bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib
23.05.2019
Gömrük Komitəsi bu il dövlət büdcəsinə 1,4 milyard manatadək vəsait köçürüb
23.05.2019
Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib
23.05.2019
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23.05.2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin ərzaq məhsulları təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
2 Üç müharibə iştirakçısı olan general-mayor
3 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
4 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info