“İsrail “Cənub Qaz Dəhlizi“ layihəsinə qoşula bilər”
Tarix: 09.12.2015 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


İsrail Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinə perspektivdə qoşula bilər. Bunu “Trend”ə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib. Onun sözlərinə görə, tərəflər bu istiqamətdə artıq danışıqlar aparıb: “İsrail ölkənin yekun enerji siyasətini müəyyənləşdirdikdən sonra bu məsələyə baxılacaq”.
D.Stav qeyd edib ki, İsrail enerji sahəsində Azərbaycanın fəaliyyətinə böyük önəm verir: “Azərbaycan İsrailə neft tədarük edən mənbələrdən biridir və biz hər hansı formada layihədə iştirak edə bilərik. Lakin bunadək həll edilməli olan bəzi texniki və siyasi məsələlər var”.
O əlavə edib ki, İsrailin enerji sahəsində kifayət qədər təcrübəsi yoxdur: “Biz bu məsələ üzrə siyasətimizi dəqiq formalaşdıra bilmərik”.
Diplomatın sözlərinə görə, neftin qiymətinin ucuzlaşdığı şəraitdə Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirə bilərdi: “İkitərəfli əməkdaşlığın genişləndirilməsinin digər istiqamətləri informasiya texnologiyaları və startap-layihələr ola bilər”.
D.Stav diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info