Həlak olan Azərbaycan neftçiləri Gürcüstanda anılıb
Tarix: 09.12.2015 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisi qarşısında dinc aksiya keçirilib.
Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və QHT nümayəndələrinin iştirakı ilə SOCAR-ın nümayəndəliyinin qarşısında “Günəşli” yatağının 10-cu platformasında baş vermiş qəza nəticəsində həyatını itirmiş Azərbaycan neftçilərinin xatirəsi anılıb. Faciədə həlak olanlar bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva dekabrın 4-də baş verən faciə ilə bağlı ətraflı məlumat verib və həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, xəsarət alan neftçilərə şəfa arzulayıb. Tələbələr əllərində "Başın sağ olsun, Azərbaycan!", "Biz həmişə səninləyik!" şüarları tutublar. Onlar əllərindəki gül-çiçək dəstələrini SOCAR-ın binası önünə qoyublar.
Anım mərasiminə qatılan SOCAR-ın Gürcüstan nümayəndəliyinin təmsilçisi tələbələrə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycandakı matəm günündə Gürcüstan ərazisində fəaliyyət göstərən SOCAR-ın bütün yanacaqdoldurma və qazpaylama məntəqələrində Azərbaycan bayrağı yarıya qədər endirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir
21.01.2019
Eduard Şarmazanov: “Paşinyanın hakimiyyəti vaxtı sərmayələr azalıb”
21.01.2019
Gürcüstanın yeni Prezidenti ilk xarici səfərini Brüsselə edib
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info