ADNSU tələbələrinin 64-cü konfransı
Tarix: 09.12.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Dekabrın 8-9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 95 illiyinə həsr olunmuş Tələbələrin 64-cü Elmi Texniki Konfransı keçirilib. Konfransın açılışında ADNSU rektoru Mustafa Babanlı başda olmaqla, professor –müəllim heyəti, tələbələr və fəxri qonaq qismində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Alçin Şirinzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunn şöbə müdiri, akademiyanın müxbir üzvü professor Zöhhak Abbasov iştirak ediblər. Konfransı rektor Mustafa Babanlı açıb. O, öncə ADNSU kollektivi adından “Günəşli” yatağında baş vermiş hadisə ilə əlaqədar dünyasını dəyişmiş insanların ailələrinə başsağlığı verib, itkin düşmüş insanların tezliklə tapılması diləyi ilə ailələrinə səbr diləyib. Tədbir iştirakçıları hadisədə dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra konfransı öz çıxışı ilə açan rektor Mustafa Babanlı konfransın işinə uğurlar diləyib. Rektor bildirib ki, universitetlərdə elmi tutumlu tədris aparılmalıdır. Bu da gözəl laboratoriyaların olamsı və bilikli, savadlı tələbələrin yetişdirilməsi ilə mümkündür. “Bizim biliklərimizin 30 faizi nəzəri biliklərə, qalanı isə tətbiqi elmə söykənməlidir. Bu o deməkdir ki, gündəlik məşğul olduğumuz elm sahələri birinci növbədə ölkəmiz üçün mənfəət gətirməlidir. Bir sözlə “sarı kağızlar” dövrü keçib. İnsanlar fikirləşməlidir ki, nə ilə məşğuldur və bunun nəticəsində nəyə nail ola biləcəklər”. Rektor nəzərdə tutulan yüksək ideyaların gerçəkləşməsi üçün ADNSU tələbələri arasında yüksək ideyalı gənclərin olduğunu qeyd edib, universitetin yüksək intellektə malik olduğunu vurğulayıb. M.Babanlı bu konfransın irəliyə baxmaq məqsədini daşıdığını bildirib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, t.e.d., professor Alçın Şirinzadə öz nüfuzunu daim qoruyub saxlayan, istehsalata, iqtisadiyyata, texniki yüksəlişə töhfələr verən bu tədris məbədində, möhtəşəm auditoriya qarşısında çıxış etdikcə böyük məsuliyyət hissi keçirdiyini, universitetin şərəfli inkişaf yolunun şahidlərindən biri kimi məmnun olduğunu bildirib. “Elmi-texniki tərəqqinin vüsət aldığı, yeni kəşflərin və ixtiraların yol açdığı XX əsrin ən böyük tarixini birgə yaşayan bugünkü universitet, öz daşıdığı adını dəfələrlə dəyişərək həyata keçirdiyi fəaliyyətin məzmununa bir daha zənginlik gətirib, geniş məkanda elmi elitanın formalaşmasında daima yüksək mövqedə dayanıb”. AMEA-nın müxbir üzvi Zöhhak Abbasov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə geniş əlaqələrin olduğunu qeyd edərək, bunu müsbət bir hal kimi önə çəkib. “Bu universitetin adı əvvəllər çox gur gəlirdi. Ona görə ki, SSRİ-nin bütün müəssələrinin adı bizim alimlərimizin işi ilə bağlı idi. O, universitetin adının yenidən yüksəyə qaldırılması üçün çox problemlərin həll edilməli olduğunu vurğulayıb. Sonra Energetika Fakültəsinin dekanı, dosent Zakir Həsənov, GKF-nin dekanı, dosent Nəriman Nərimanov, Energetika Fakültəsinin 532.2 qrupun tələbəsi Maqsud Həsənov, İBİM və M fakültəsinin II kurs magistrantı Aydın Aslanzadə çıxış edərək, öz təbriklərini çatdırıblar. Sonda Elm və texnika işləri üzrə prorektor, professor Ramiz Həsənov konfransın gedişi haqqında məluat verib. O, qeyd edib ki, konfransa Eni Saipem, Amek Foster Wheeler, Weatherford neft şirkətləri sponsorluq edir. Konfrans öz işini dekabrın 11-də başa vuracaq. Yekunda Bölmə iclaslarında tələbələrin məruzələrinin təqdimat nəticələri haqqında hesabat dinləniləcək və konfransın bölmələrində məzmunlu məruzələri ilə fərqlənən tələbələrə rektorluğun və Tələbə Elmi Cəmiyyətləri Şurasının diplomları, sponsor şirkətlərin təsis etdikləri hədiyyələr, eləcə də Tələbə Həmkarlar İttifaqı Komitəsinin mükafatları veriləcək. R.Həsənov bildirib ki, dekabrın 8, 9 - da keçirilən konfrans 9 bölmədə öz işini həyata keçirib: “Geoloji kəşfiyyat”, “Qaz-neft mədən”, “Kimya və kimya texnologiyası”, “Neft mexanika” “Energetika”, “Avtomatika və informatika”, “İqtisadiyyat və idarəetmə”, “Təbiət elmləri”və “Xarici dillər” bölmələri üzrə ümumilikdə 328 məruzə dinlənilib. Tələbələri fərqləndirmək və onları mükafatlandırmaq üçün müstəqil münsiflər qrupları yaradılıb. ADNSU-nin tələbələrinin hər il keçirilən ənənəvi elmi-texniki konfransında olduğu kimi bu il də münsiflər qrupu tərəfindən xüsusi qeyd olunan çıxışlara görə I yer üçün 9, II yer üçün 12, III yer üçün 14 yer ayrılıb və qaliblərə müvafiq diplomlar veriləcəkdir. Bundan başqa ADNSU-nin tələbələrinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 9 nəfərə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub. Əlavə mükafat olaraq fərqlənmiş ən layiqli iştirakçının bütün xərclərinin universitet tərəfindən ödənilməsi şərti ilə Rusiyanın Sankt-Peterburq şəhərində ”Горный” Milli-mineral-xammal universitetində 20-22 aprel 2016-cı ildə keçiriləcək “Yertəkinin istifadəsi problemləri” adlı Beynəlxalq forum-müsabiqədə iştirak üçün ezam olunması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info