“Artıq onlar Əsədin dərhal istefasını tələb etmirlər”
Tarix: 09.12.2015 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


“Aydınlaşdırmaq lazımdır ki, niyə Türkiyə antiterror koalisiyasının üzvü olduğu halda, Suriyada ABŞ-ın özünə potensial tərəfdaş hesab etdiyi kürd döyüşçülərini bombalayır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriyada “İŞİD”ə qarşı vuruşan qüvvələrdən biri də kürd silahlılarıdır: “Həmin insanlar əsasən “Demokratik İttifaq” partiyasının üzvləridir. Türkiyə nöqteyi-nəzərindən onlar düşməndir”.
S. Lavrov qeyd edib ki, bəzi ölkələr tərəfindən Suriya prezidenti Bəşər Əsədin istefası tələb süni xarakterlidir: “Burada bəzi nüanslar var. Artıq onlar Əsədin dərhal istefasını tələb etmirlər, onun siyasi keçid prosesində iştirakına imkan verirlər. Lakin mütləq elə bir tarix görmək istəyirlər ki, həmin vaxtdan o artıq səlahiyyətlərini icra etməsin. Biz bu yanaşmanı süni, beynəlxalq hüquqa və demokratiya prinsiplərinə zidd hesab edirik”.
Rusiyalı diplomatın fikrincə, Rusiya Türkiyənin Su-24 təyyarəsini vurmasını Suriyada siyasi prosesi pozmaq cəhdi kimi qiymətləndirir: “Həmin gün baş verənlərlə bağlı qiymətləndirməmiz dəyişməzdir. Fikrimizcə, bu ya antiterror səyləri pozmaq, ya Rusiyanın Suriya hava məkanında fəaliyyətinə əngəl törətmək, ya da Venesiya danışıqları çərçivəsində aparılan siyasi həll prosesini pozmaq cəhdidir”.
Lavrov onu da bildirib ki, əgər tərəflər öz maraqlarına xidmət etmək məqsədi güdməsələr, geniş beynəlxalq antiterror koalisiyasını qurmaq mümkündür: “İŞİD” kimi təşkilatlar insanlığa nifrəti təbliğ edir. Onların dövlətə çevrilməsinə və İslamla bağlılıqlarının olması barədə illüziyaların yaranmasına imkan vermək olmaz. Onlar insanlığın düşmənidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info