Diaspor təşkilatı Avropa Parlamentinin üzvlərinə müraciət edib
Tarix: 09.12.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresi (AAK) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb. Konqres dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırıb.
Müraciətdə Qarabağdan didərgin düşmüş insanların taleyi və vətəndə yaşamaq hüquqlarından məhrum olmuş ailələrin aqibəti barədə məlumat verilir, Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, BMT-nin Azərbaycan torpaqlarının azad edilməsinə dair qəbul etdiyi qətnamələr xatırladılır. Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq İnsan Hüquqları Günündə Avropa ictimaiyyətini köçkün düşmüş yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasına biganə qalmamağa çağırıb.
Müraciətdə qeyd edilir ki, bu gün Avropanın minlərlə qaçqının taleyi ilə məşğul olmasına, evlərini itirmiş insanlara yardım haqqında müzakirələrin aparılması AAK tərəfindən müsbət dəyərləndirilsə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə laqeyd yanaşmasını yolverilməz hesab edir. Həmçinin, vurğulanır ki, qaçqınların sayının artması Avropa ölkələrini sözün əsl mənasında qorxu və təlaşa salır, lakin Azərbaycan artıq 20 ildən çoxdur bu problemlə üzləşib.
Müraciətdə Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın erməni işğalından azad edilməsi və bu torpaqlardan köçkün düşən insanların doğma torpaqlarına qaytarılması tələb edilir.
Qeyd edək ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 1950-ci ildən başlayaraq hər il dekabrın 10-u İnsan Hüquqları Günü kimi qeyd edilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info