AMEA-nın Elm və təhsil idarəsinin nəzdində yeni şöbə yaradılıb
Tarix: 09.12.2015 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda dəyişiklik edilib. AMEA-dan verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. Bildirilib ki, Azərbaycan elmində əldə olunmuş nəticələrin yüksək reytinqli beynəlxalq elmi jurnallarda nəşr etdirilməsi Azərbaycan elminin təbliği, tanıdılması və dünya elmi məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin alimlər öz elmi əsərlərinin xarici dillərə tərcümə edilməsi ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, əksər hallarda qrammatik və məzmun baxımından düzgün tərcümə olunmamış elmi məqalə elmi nəticənin mahiyyətini düzgün və tam ifadə edə bilmir. Bütün bunlar AMEA-da tərcümə işi üzrə ixtisaslaşmış xüsusi qurumun yaradılması zərurətini meydana çıxarıb.
Həmçinin AMEA Rəyasət Heyətinin qərarına əsasən, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları TOEFL və ya IELTS proqramları üzrə aparıldığı üçün tədrisin də həmin proqramlara uyğun aparılması zəruridir. Qeyd olunub ki, Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Xarici dillər kafedrası isə adı çəkilən proqramlar üzrə tədrisi həyata keçirmək üçün müvafiq kadr potensialına malik olmadığından onun ləğv edilməsi məqsədəuyğundur.
Beləliklə də, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Təhsil şöbəsinin tabeliyində olan Xarici dillər kafedrasının ləğv edilməsi barədə qərar qəbul edilib. Xarici dillər kafedrasının bazasında isə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda “Elmi tərcümə şöbəsi” yaradılması qərara alınıb. İclasda, həmçinin “Elmi tərcümə şöbəsi”nin strukturuna daxil olacaq ştat vahidləri də müəyyənləşdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info