Saxtalaşdırılmış referendumdan sonra Avropa Ermənistana yardım ayırdı...
Tarix: 10.12.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Avropa Birliyi həftə ərzində Ermənistana 1 milyon evro yardım göndərəcək. Yardım ölkədə demokratiyaya dəstək , kənd təsərrüfatı və digər sahələrə yönəldiləcək.
Bu barədə Ermənistanın Avropa Birliyi ilə əməkdaşlıq qrupunun rəhbəri İrəvanda Sosial İnvestisiya Fondunun 20-ci ildönümünə həsr olunmuş forumda məlumat verib. Xatırladaq ki, Dünya Bankının əsas donoru kimi çıxış edən Sosial İnvestisiya Fondu Ermənistanda regional inkişaf proqramı həyata keçirir.
Verilən məlumata görə, əsasən İrəvan və regionlar arasında inkişaf fərqlərini aradan qaldırmaq məqsədinə xidmət edən bu vəsaitə xüsusi nəzarət ediləcək: «İrəvandan, sadəcə olaraq, bir neçə kilometr uzaqlaşmaq regionların hansı bərbad vəziyyətdə olmasını görməyə kifayət edir. Ona görə də, balanslaşdırılmış inkişaf üçün bu istiqamətdə səyləri davam etdirmək lazımdır» -deyə AB nümayəndəsi bildirib.
Təbii ki, burada qəribə bir məntiq yaranır. Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İttifaqına daxil olan, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana yardımlar ayırılması bu ölkənin beynəlxalq dairələr tərəfindən himayə edilməsinə yönəlik addımlardır. Bir neçə gün əvvəl Ermənistanda referendum keçirildi. Seçici siyahıları ölkədə olmayan yarım milyon adamın adı ilə şişirdildi. Bəlli oldu ki, ölülər də “səs verib”. Saxta səsvermə bu gün yardım elanı verənlərin gözü qarşısında baş verib... Saxtakarlığa etiraz əvəzinə, Avropa Ermənistana yardım ayırır. Bütün bunlar iqtisadi yardımdan çox, sırf siyasi xarakter daşıyır. Eyni zamanda, bunlar hamısı rəzil gündə olan ölkəni müxtəlif layihə yardımları vasitəsilə ayaqda tutmağa hesablanıb. Qeyd edək ki, Avropa Birliyinin bu təşkilatla əks qütbdə dayanmış bir ölkəyə müntəzəm olaraq yardım etməsi aşkar siyasi ikiüzlülükdür və bu, həm də dünya idarəçiliyinin acı mənzərəsini ortaya qoyur.
Bir daha xatırladaq ki, bu, Avropa Birliyinin Ermənistana etdiyi ilk yardım deyil. Bundan əvvəl də bu ölkə üçün ayrılan ianələr dövlətin məsul şəxsləri tərəfindən müxtəlif yollarla mənimsənilib və sadə xalq yenə də bu ianədən yararlanmayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info