“Rusiya C-400-ü Arktikaya tərəf döndərir”
Tarix: 10.12.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Böyük güclər arasında təbii sərvətlərlə zəngin ərazilər uğrunda rəqabət güclənir

“İnterfaks”ın məlumatına görə, şimal donanmasında Rusiyanın hava məkanının qorunması üçün yeni zenit raket Kolks polku - Hava Hücumundan müdafiə bölməsi döyüş növbəsinə girib. Bu barədə birinci dərəcəli kapitan Vadim Serqa məlumat verib. Polk tam formalaşdırılmış bir şəkildə və Yeni Dünya arxipelaqında daimi yerləşmə mövqeyindədir. Onun silahlanması modernləşdirilmiş C-400 zenit raket kompleksindən ibarətdir. C-400 düşmənin hava hücumunu bir neçə yüz kilometrlik radiusda dəf etməyə imkan verir.
Kapitanın sözlərinə görə, polk Şimal Buzlu Okeanında yerləşdirilmiş ilk hərbi hissədir. Buna qədər arktik adalar arxipelaqında yalnız ayrıca bölmələr və qruplar olub. Bundan başqa, kapitanın bildirdiyinə görə, polkun hərbi və xüsusi texnikası arxipelaqa 2015-ci il ərzində göndərilib. Orada mövqe rayonları hazır vəziyyətə gətirilib və daha sonra texnika göndərilib. Bundan sonra isə döyüş növbəçiliyi başlayıb. Donanmanın nümayəndəsi onu da əlavə edib ki, polkun hərbi qulluqçularının müəyyən imtiyazlara və üstünlüklərə layiq bilinməsi nəzərdə tutulub.
Onu da qeyd edək ki, Rusiya Suriya kampaniyası çərçivəsində Kiprdən də hərbi təyyarələrinin onun hava limanlarına buraxılmasına icazə verilməsini istəyir. Bununla bağlı olaraq Rusiya Kiprə müraciət edib. Moskva bu məsələni Kipr Xarici İşlər Nazirliyi ilə müzakirə edir. Bu barədə “Cyprus Mail” adlı Kipr nəşri yazır. Burada isə Rusiya səfiri Stanislav Osadçevə istinad edilib. Osadçev bildirib: “Ümid edirəm ki, biz bu obyektlərə çıxış imkanı əldə edəcəyik”. O qeyd edib ki,söhbət Almaniya və Fransanın çıxış əldə etdiyi obyektlərdən gedir. O bir daha ümid edib ki, tezliklə bu məsələdə nailiyyət əldə ediləcək. Kipr xarici işlər naziri İoannis Kasulidis isə bildirib ki, Rusiya ilə danışıqlar Rusiya hərbi təyyarələrinin ekstremal situasiyalarda - “İŞİD”-ə qarşı əməliyyatlardan sonra Kiprdə yerə enməsi ilə bağlıdır.
O qeyd edib ki, Kipr müvafiq razılaşma olan dövlətlərin təyyarələrinə yer verməyə borcludur. Bu, ekstremal situasiyalarda beynəlxalq normalar çərçivəsində nəzərdə tutulmuş müqavilələrə əsasən yerinə yetirilir. Analoji anlaşma Kiprlə Fransa arasında mövcuddur. Həmçinin Kiprdə Britaniya hərbi hava qüvvələrinin aviabazaları yerləşir. Onlar “İŞİD” qüvvələrinə Suriya və İraqda bomba zərbələri endirirlər. Qeyd edək ki, Britaniya baş naziri Devid Kemeron Fransaya da bu məqsədlə Kiprin cənubunda yerləşən Britaniya təyyarələrindən istifadə etməyi təklif edib.
Buradan görünür ki, Rusiya hərbi mövcudluğunu istər qərb, istər şərq, istərsə şimal istiqamətində artırmaqdadır. Bunun üçün şimal qonşu tərəfindən müvafiq tədbirlər həyata keçirilir. “İŞİD” terrorçularına qarşı aparılan hərbi əməliyyatlardan əlavə, şimalda hərbi qüvvələrin və texnikanın yerləşdirilməsi isə arktik məkanda təşəbbüsləri ələ almaq məqsədi daşıyır. Ötən saylarımızda yazmışdıq ki, arktik məkan son zamanlar özündə gizlətdiyi təbii sərvətlər və karbohidrogen ehtiyatları ilə gündəmə gəlib. Bu baxımdan Rusiyanın nəyə görə həmin ərazilərdə aktivləşməsi anlaşılır.
İ.AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info