“Apardığımız işlərə kölgə salmaq istəyirlər”
Tarix: 10.12.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Salyan rayonunun icra başçısı Tahir Kərimovun mediada yayılan fotoları ilə bağlı İcra Hakimiyyəti ötən gün növbəti açıqlama yayıb.
RIH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovun adından daxil olan açıqlamada təəssüflə qeyd edilir ki, 2014-cü ildə Salyan şəhərində keçirilmiş Gül bayramında çəkilmiş və həmin vaxtdan Salyan Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilmiş bu şəkil 1 il 6 aydan sonra kimlər tərəfindənsə məqsədli şəkildə, təhrif edilməklə sosial şəbəkələrə ötürülmüş və müzakirə olunmağa, aidiyyəti oldu-olmadı şərhlər verilməyə başlanılıb: “Bəli, yuxarıda bildirildiyi kimi qeyd olunan şəkil 9 may 2014-cü ildə Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilmişdir. Tədbir rayon Təhsil Şöbəsi tərəfindən hazırlanmışdı. Ssenariyə uyğun olaraq iştirakçılar məktəblilər tərəfindən təşkil olunmuş Gül çələngindən keçərək tədbirə qatılmalı idilər. Rayon rəhbəri kimi keçirilən tədbirə, təşkilatçılara, tədbir iştirakçılarına hörmət əlaməti olaraq RİH başçısı yanında Şura üzvləri ilə birgə Gül çələngindən keçmiş və tədbirə qatılmışdı. Tədbirdə rayon məktəbliləri, təhsil müəssisələri güllərdən hazırlanmış eksponatlarını təqdim etmiş və əl işləri barədə məlumat vermişlər. Rayon İcra Hakimiyyəti olaraq keçirdiyimiz digər tədbirlər kimi Gül bayramında çəkilmiş şəkilləri də rəsmi saytımızda yerləşdirmiş və istənilən şəxsin sayta girməklə tədbir barədə məlumat almasını məqsədəmüvafiq hesab etmişik. Bildiririk ki, Salyan Rayon İcra Hakimiyyəti həmişə mətbuata açıq olmuş, mətbuat nümayəndələrinin rayonda aparılan işlərin işıqlandırılması istiqamətində daim lazımi şərait yaradılmışdır. 2012-ci ilin mart ayının 9-da şəhər mərkəzində, kütləvi informasiya vasitələri üçün mətbuat konfransı, 2013-cü ilin dekabr ayında isə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.Görüşdə belə bir fikir yekdilliklə ifadə olunmuşdur ki, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu hər iki tərəf gözləməli, heç bir halda bu hüququn pozulmasına yol verilməməlidir. Lakin, Rayon İcra Hakimiyyəti tərəfindən atılan addımlara baxmayaraq yenə də elektron informasiya vasitələrində qərəzli, heç bir məntiqə sığmayan, yalnız rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq kimi hallara rast gəlinir. Bütün bunları xarici qrantlar hesabına yaşamağa öyrənmiş, ölkəmizdə olan sabitliyi hər cəhdlə pozmağa çalışan, respublikamızın bugünkü iqtisadi inkişafını gözü götürməyən, qara yaxmağa öyrənmiş qüvvələrin işi hesab edir və belə halları qətiyyətlə pisləyirik. KİV haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq xətrinə aparılan bu kimi müzakirələrə qətiyyətlə etiraz edir və bunlarla əlaqədar məhkəmə orqanlarına müraciət edəcəyimizi bildiririk”.”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info