Taekvondo üzrə respublika birinciliyi
Tarix: 10.12.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Dekabrın 22-24-də “Sərhədçi” Olimpiya-İdman Mərkəzində 1999-2001-ci il təvəllüdlü gənclər arasında respublika birinciliyi keçiriləcək.
Dekabrın 25-də isə böyüklər arasında ölkə çempionatı başlayacaq və üç gün davam edəcək. Azərbaycan Taekvondo Federasiyasının (ATF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparacaqlar. Birincilik və çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır. Çempionatda səkkiz çəki dərəcəsində kişi və qadın taekvondoçular, birincilikdə isə on çəki dərəcəsində oğlanlar və qızlar yarışacaqlar. Turnirlərdə yüksək yer tutan idmançılar və komandalar ATF tərəfindən diplom və medallarla təltif olunacaq. Yarışların keçirilməsinə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edəcək. “Daeodo” beynəlxalq taekvondo, həmçinin “video-təkrar” sistemləri üzrə keçiriləcək respublika birinciliyində və çempionatında əlavə qaydalar da tətbiq olunacaq. Yeni qaydalara əsasən, hər komandanın bir çəki dərəcəsində yalnız iki idmançı ilə təmsil olunmasına icazə veriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Neftçi” Antalyada növbəti yoxlama oyununu keçirib
23.01.2019
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info