DJB-nin “Diaspor dərs”ləri davam edir
Tarix: 10.12.2015 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyinin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir. Növbəti dərs Nəsimi rayonundakı 240 saylı tam orta məktəbdə keçirilib. Öncə 240 saylı məktəbin direktoru Esmira Məmmədova çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
Fuad Hüseynzadə “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin könüllü icra edildiyini və Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırıb: “Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib.
Əbülfəz Şeydabəyovun sözlərinə görə, beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diasporumuz deməkdir: “Xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır. Uzaq ölkələrdə azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəblərinin açılması və dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir. Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə həmyerlilərimizin azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin də Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir”. Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev məqsəd və məramlarından danışıb: “Məqsədimiz Avropada yaşayan azərbaycanlıların və avropalıların ictimai təşkilatın bütün sahələri üzrə əhatə edən fəaliyyətlərini koordinasiya etməkdir. Eyni zamanda çex cəmiyyətində Azərbaycan maraqlarının qorunması və təbliği, o cümlədən ölkəmizə rəğbətin artırılması məqsədilə Çexiya Respublikasında təhsil alan və yaşayan soydaşlarımızın səfərbər və həmrəy olmasına dəstək olmaqdır”.
Əbdül Əliyev bildirib ki, qısa müddətdə təşkilat tərəfindən bir neçə layihə həyata keçirilib.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışıb: “Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədilə yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.” Siyavuş Əmirli deyib ki, Azərbaycan diasporu bu gün mütəşəkkil gücə çevrilib.
Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info