Hava şəraitinə baxmayaraq itkin düşənlərin axtarışı davam etdirilib
Tarix: 10.12.2015 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Səhər saatlarından hava şəraitinin ağır olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin, o cümlədən də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “AZAL” QSC-dən sifariş olunan helikopterlər itkin düşmüş işçilərin axtarış işlərini davam etdirib.
Bu barədə dünən keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib. Qeyd edilib ki, küləyin sürəti çox olduğu üçün sualtı axtarışlar müvəqqəti olaraq dayandırılıb. Lakin həm “Neft daşları”, həm də “Günəşli” sahəsində ehtiyatda gəmilər saxlanılıb. Hər hansı bir məlumat daxil olduqda gəmilər həmin əraziyə yaxınlaşacaqlar. “5 gəmi yanğının söndürülməsinə cəlb olunub. 10 nömrəli özüldə avadanlığın quraşdırılması işləri hava şəraitindən asılı olaraq yekunlaşdırıla bilməyib. Hazırda fontana qarşı “Boots&Coots” şirkətinin mütəxəssislərinin də iştirakı ilə iş planı hazırlanır. Bu plan FHN-in yanğınsöndürən gəmilərinin işinin daha da asanlaşmasını təmin edəcək”, - deyə B.Ağarəhimov bildirib. Onun sözlərinə görə, cəsədləri sudan çıxarılan əməkdaşların üzərində xilasedici jiletlərin olmaması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir. Onu da qeyd edək ki, baş vermiş yanğının ətraf mühitə təsirinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekspedisiya qrupu yaradılıb. Qrupun tərkibinə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, milli hidrometeorologiya və ətraf mühit üzrə milli monitorinq departamentlərinin mütəxəssisləri daxil edilib. “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə istismara verilən 30 quyudan 28-i qəza baş verənə qədər işlək vəziyyətdə olub, 1 neft və 1 qaz quyusu işləməyib. İstismar edilən 28 quyudan 21-i qaz-lift üsulu ilə işləyən neft, 7-si isə qaz quyusudur. Neft quyuları qaz-lift üsulu ilə işlədiyindən qəza zamanı quyulara qazın vurulması dayandırılıb. Bu səbəbdən neftin su mühitinə düşmək ehtimalı yoxdur.
Bu quyulardan çıxan karbohidrogenlərin yanması dənizə neft sızması ehtimalını sıfıra endirir və yuxarıda qeyd edildiyi kimi karbohidrogenlər yandıqda daha az zərərli maddələrə çevrilir. Ekspedisiya qrupu ilkin müşahidələr aparır, sudan və atmosfer havasından nümunələr götürülür. Vizual müşahidələr göstərir ki, dənizdə çirklənmə, platformanın ətrafında neft ləkələri yoxdur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info