“ASAN xidmət” modeli İtaliyada böyük maraqla qarşılanıb
Tarix: 10.12.2015 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


İtaliyada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Romada bir sıra görüşlər keçirib.
İtaliyanın Baş nazirinin ofisi yanında dövlət idarəçiliyi üzrə departamentin rəisi xanım Pia Markoni ilə keçirilən görüşdə İ.Kərimov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Eyni zamanda, bu islahatların tərkib hissəsi olan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, strukturu, ölkəmizdə elektron hökumət sahəsində görülən digər tədbirlər barədə ətraflı söhbət açıb. O deyib: “ “ASAN xidmət” vahid məkandan dövlət və özəl xidmətlərin göstərilməsi üzrə Azərbaycan modelidir. Xidmətlərin keyfiyyətinin daim ölçülməsi, vətəndaş rəyi əsasında təkmilləşdirmənin təmin edilməsi Azərbaycan brendi olan “ASAN xidmət”in üstün cəhətlərindən biridir”.
İ.Kərimov əlavə edib ki, “ASAN xidmət” vətəndaşlara daha rahat, şəffaf və əlçatan şəkildə çatdırılır. İndiyədək 7 milyondan çox vətəndaşa xidmət göstərilib və məmnunluq səviyyəsi 98 faiz təşkil edir. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərinin göstərdiyi xidmətin səmərəliliyini artırmaq və vətəndaşları razı salmaq, gözləntiləri daim doğrultmaq əsas prioritetlərdəndir.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun da iştirak etdiyi görüşdə P.Markoni “ASAN xidmət” təcrübəsinin olduqca maraqlı və qeyri-adi model olduğunu vurğulayıb və İtaliyanın müvafiq istiqamətdə fəaliyyət göstərən qurumları haqqında məlumat verib. Diqqətə çatdırıb ki, hər iki ölkədə dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi üçün təcrübə mübadiləsinin həyata keçirilməsi vacibdir.
Görüşdə İnam Kərimov və Pia Markoni İtaliyanın Baş nazirinin ofisi yanında dövlət idarəçiliyi üzrə departamenti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
Səfər çərçivəsində Romada fəaliyyət göstərən “Link Campus” Universitetində olan İ.Kərimov bu ali təhsil ocağının prezidenti, İtaliyanın sabiq daxili və xarici işlər naziri Vinçenzo Skotti ilə görüşüb. Söhbət zamanı “ASAN xidmət” haqqında ətraflı məlumat verən qurumun sədri belə bir modelin dövlət xidmətlərinin göstərilməsi anlayışına yeni yanaşma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uğurlu və unikal model olması baxımından böyük maraq doğuran “ASAN xidmət” BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. “ASAN xidmət” ilə İtaliyanın dövlət idarəçiliyi sahəsindəki elmi institutları arasında da əlaqələrin qurulması hər iki tərəf üçün faydalı nəticələr verəcək.
V.Skotti İtaliyada dövlət xidmətləri göstərən qurumların fəaliyyətinə toxunaraq “ASAN xidmət” modelinin onlarda böyük maraq doğurduğunu qeyd edib. Vurğulayıb ki, institusional səviyyədə də belə bir agentlik ilə əlaqələrin qurulmasından məmnun olar.
Daha sonra İ.Kərimovun “ASAN xidmət” ilə bağlı geniş mühazirəsi dinlənilib. O diqqətə çatdırıb ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşların müraciətlərinə daha qısa zaman kəsiyində baxılması, onlara daha səmərəli xidmətlərin göstərilməsi və dövlət xidmətlərinin sadələşdirilməsi üçün hər cür şərait yaradılıb. O deyib: “Mərkəzlərin önəmli cəhətlərindən biri də göstərilən bütün növ xidmətlərin innovativ mahiyyət kəsb etməsidir. Hazırda 9 mərkəz fəaliyyət göstərir ki, onlardan beşi Bakıdadır. Eyni zamanda, səyyar “ASAN xidmət” vasitəsilə mərkəzlərin mövcud olmadığı regionlarda dövlət xidmətlərinin ən yüksək səviyyədə həyata keçirilməsi təmin olunur. Əsas hədəfimiz vətəndaş məmnunluğuna nail olunmasıdır”.
İ.Kərimov “ASAN xidmət”in təşkil etdiyi treninqlərdən, həyata keçirilən digər layihələrdən, o cümlədən “ASAN könüllüləri” layihəsindən də bəhs edib.
Sonra “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub.
Geniş müzakirələrlə davam edən tədbirə “Link Campus” Universitetinin professor, müəllim və tələbə heyəti, ekspertlər, diplomatlar və Azərbaycana maraq göstərən İtaliya ictimaiyyətinin nümayəndələri qatılıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info