“Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivində”
Tarix: 10.12.2015 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


“Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivində” mövzusunda konfrans keçirilib. Konfrans 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və YUNESKO-nun 70 illiyinə həsr olunub.
Konfrans giriş sözü ilə açan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, BMT-nin Baş Məclisi tərəfindən 1948-ci ildə qəbul olunan İnsan Hüquqları Haqqında Bəyannamənin insan hüquq və azadlıqları üçün böyük əhəmiyyət daşıyır: “İnsan Hüquqları Haqqında Bəyannamə demək olar ki, bütün dövlətlərin konstitusiyalarında, qanunvericilik aktında öz əksini tapıb. Bu sənəddə heç bir ayrı-seçkiliyə yol verilməyib. Bu, bizim üçün çox faydalı sənəddir”. E. Süleymanova qeyd edib ki, Azərbaycanın konstitusiyası çox mütərəqqidir: “Azərbaycan konstitusiyasında insan hüquq və azadlıqlarına çox böyük yer ayrılıb”. Ombudsman əlavə edib ki, dinlə bağlı qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunmasına yönəlib. E. Süleymanova onu da qeyd edib ki, 1 noyabrda Azərbaycanda keçirilən parlament seçkiləri ölkə üçün yeni mərhələdir: “Milli Məclisdə 4 yeni komitə yaradılıb. O cümlədən Ailə, qadın və uşaq komitəsini qeyd etmək istərdim. Bu komitə bizim təklifimiz əsasında yaradıldı. Eyni zamanda, 500-dən çox təklifimiz hökumətə çatdırılıb. Onlardan 60 faizi təmin edilib”.
Tədbirdə çıxış edən millət vəkili Hadı Rəcəbli qeyd edib ki, insanların sosial rifahı, əmək hüquqlarının qorunması insan hüquq və azadlıqlarının böyük hissəsini təşkil edir: “Bu gün Azərbaycanda kasıblıq və işsizlik minimum həddə endirilib. Qarabağ əlilləri üçün zamanında ulu öndər Heydər Əliyev tərəfindən lazımi işlər görülüb. Hazırda bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir”.
Daha sonra BMT-nin rezident əlaqələndiricisinin müavini Nato Alhazişvili “BMT-nin Davamlı inkişaf məqsədləri gələcəyə yeni çağırışlar kimi” mövzusunda məruzə ilə çıxış edib.
Sonda Ombudsmanın ənənəvi olaraq keçirdiyi “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazıları, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info