Avropa Birliyi radiasiya təhlükəsizliyində Azərbaycana dəstək verir
Tarix: 16.02.2013 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Roland Kobia: “Avropa Birliyi Ermənistandakı Metsamor AES-lə bağlı narahatlığını dəfələrlə bildirib”


Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycanın radiasiya təhlükəsizliyi infrastrukturunun möhkəmləndirilməsini nəzərdə tutan yeni tvinniq layihənin təqdimatı keçirilib.

FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Radiasiya Müdafiə Mərkəzi və Litva layihələrin idarə olunması Mərkəzi Agentliyinin reallaşdırdığı layihənin təqdimat mərasimində fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia iştirak ediblər. Faiq Tağızadə qeyd edib ki, Azərbaycan radiasiya təhlükəsizliyi məsələlərinə böyük diqqət ayırır. O xatırladıb ki, ötən il Azərbaycan Prezidentinin sərəncamı ilə Suraxanı və Ramanadakı zavodların tullantılarının təmizlənməsi və basdırılması işləri aparılıb və b iş AEBA tərəfindən yüksək qiymətləndirilib. Səfir Roland Kobia isə öz növbəsində bildirib ki, bu, Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirilən ilk tvinniq layihəsidir. O Azərbaycanla əməkdaşlıqda tvinninq layihələri alətindən uğurla istifadə olunduğunu vurğulayıb: “Bizim üçün bu çox vacibdir, çünki baxmayaraq ki, Azərbaycanda nüvə zavodları yoxdur, radiasiya sərhəd tanımır. Regiondakı bəzi ölkələrdə nüvə stansiyaları var, buna görə də radiasiya yoluxması ehtimalı var”. Roland Kobia bildirib ki, Avropa Birliyi Ermənistandakı Metsamor AES-in köhnə avadanlıqla fəaliyyət göstərdiyini və təhlükəli seysmik zonada yerləşdiyini daha əvvəl bildirib: “Uzun illərdir ki, Avropa Birliyi Ermənistanla birlikdə bu məsələni həll etməyə çalışır”. Layihənin təqdimat mərasimində Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas və Litva Radiasiya Müdafiə Mərkəzinin direktoru Albinas Mastauskas da iştirak ediblər. İki illik layihənin məqsədi Azərbaycanda ionlaşmış şüalanmanın təsirini müşahidə etmək prosesini təkmilləşdirmək, bütün növ şüalanma mənbələri üzərində nəzarətə dair energetika siyasətini möhkəmlətməkdir.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info