YAP nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlığın inkişafına töhfə verəcək
Tarix: 10.12.2015 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnama səfəri çərçivəsində bu ölkənin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh ilə görüşüb.
Görüşdə Le Honq Anh ötən ilin oktyabrında Azərbaycana səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb və səfərin yüksək səviyyədə keçdiyini qeyd edib. O, YAP nümayəndə heyətinin Vyetnama səfərinin hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını bildirib və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Le Honq Anh nümayəndə heyətindən Vyetnam Kommunist Partiyasının baş katibi Nguyen Phu Trongun salamlarını Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə Mübariz Qurbanlı ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının Vyetnam Prezidenti Ho Chi Minihin 1959-cu ildə Azərbaycana və xalqımızın ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu vurğulayıb. O, son illər ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, hər ölkə prezidentlərinin 2014 və 2015-ci illərdə qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da inkişaf etməsinə təkan verib.
Söhbət zamanı hakim partiyaların qarşılıqlı əməkdaşlıq məsələləri ilə yanaşı, ölkələrimiz arasında turizm, investisiya, neft və qaz sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info