Moskvadan Türkiyəyə məxsus məhsulların ixracına yeni qadağa
Tarix: 10.12.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Rusiyanın dövlət qurumları Azərbaycan və Qazaxıstan ərazisindən tranzit kimi istifadə olunaraq türkiyəli sahibkarlara məxsus meyvə-tərəvəzin ölkəyə gətirilməsinə daha ciddi nəzarət edəcək.
Rusiyanın "İzvestiya" qəzeti xəbər verir ki, Rusiyanın İctimai Palatasının Ailə, uşaq və anaya dəstək Komissiyası sədrinin birinci müavini Pavel Sıçyov bununla bağlı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyova, Federal gömrük xidmətinin sədri Andrey Belyaninova və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəhbəri Anna Popovaya müraciət edib.
Müraciətdə bildirilir ki, türkiyəli sahibkarlar məhz Azərbaycan və Qazaxıstan ərazisindən istifadə edərək öz məhsullarını Rusiyaya çatdırır.
"Məndə olan dəqiq məlumata görə, Türkiyədən olan sahibkarlar öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır və bunun üçün adıçəkilən ölkələrin ərazisindən istifadə olunur. Bu, azərbaycanlı təchizatçıların Rusiya bazarında mövqeyini genişləndirmək üçün də yeni imkanlar yaradır. Burada müxtəlif variantlardan istifadə oluna bilər. Bunun qarşısı alınmalıdır", - deyə P. Sıçyovun müraciətində qeyd edilir.
İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Yuliya Melano deyib ki, Türkiyəyə məxsus məhsullara embarqo 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minir və bu səbəbdən təkrar ixraca nəzarət həmin dövrdən gücləndiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22.05.2019
Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb
22.05.2019
Ermənilər işsizliyi ölkədənin ən ağrılı problemi hesab edirlər
22.05.2019
Ankara Rusiyaya hərbçilər göndərir: S-400-lərin istifadəsini öyrənəcklər
22.05.2019
Türkiyə 22 adda ABŞ mallarına rüsumu iki dəfə azaldıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info