Yaqub Mahmudov: “Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur”
Tarix: 10.12.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın bu tarixinin araşdırılması və əsl həqiqətlərin dünyaya çatdırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Dövlətçilik tariximizin araşdırılması, təbliğ edilməsi gənclərimizin zəngin tariximizi bilməsi, onunla fəxr etməsi, dövlətə, Vətənə məhəbbət ruhunda böyüməsi baxımından da əhəmiyyət daşıyır. Gənclərimizin dövlətçilik tariximizi yaxından bilməsi onların müxtəlif tribunalardan istifadə edərək işğalçı Ermənistanın yalan maşınını susdura bilməsi üçün vacibdir. Bu gün torpaqlarımızın 20 faizinin işğal altında olması tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işini zəruri məsələ kimi qarşıya məqsəd qoyur. Sadəcə, onu qeyd edək ki, torpaqlarımızı işğal edən ermənilərin bizə qarşı istifadə etdiyi təbliğat resurslarından biri də yalançı faktlar əsasında saxtalaşdırılmış tarixidir. Ermənistanın təbliğat maşını müxtəlif elmi dairələr, media orqanlarından istifadə edərək dünyaya yalan məlumatlar ötürməklə məşğuldurlar. Bu məsələ ölkə Prezidentinin həmişə xüsusi diqqət göstərdiyi sahələrdən biridir. Dövlət başçısı İlham Əliyev dünyanın müxtəlif nüfuzlu tribunlarından istifadə edərək ermənilərin yalan təbliğatını ifşa edir. Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında bir daha zəngin tariximizin araşdırılmasının nə qədər vacib olduğunu diqqətə çatdıraraq konkret tövsiyələr verdi. Bu sahədə görülən işlərlə bağlı vəziyyəti “Palitra”ya dəyərləndirən Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudov bildirdi ki, bizim düşmənlərimizin əsas tezislərindən biri Azərbaycanın dövlətçilik tarixinin inkarı üzərində qurulub: “Azərbaycanın qədim dövlətçilik tarixi var. Bizim 5 min illik dövlətçilik tariximiz var. Düşmənlərimizin əsas tezislərindən biri Azərbaycanın dövlətçilik tarixinin inkarı üzərində qurulub. Bu səbəbdən AMEA-nın Tarix İnstitutu Azərbaycanın qədim dövlətçilik tarixinin araşdırılması məsələsinə xüsusi diqqət ayırır. İnstitutda eramızdan əvvəl 4 minilliyin sonu, 3-cü minilliyin əvvəlinin araşdırılması istiqamətində iş aparılır. Yadda saxlamaq lazımdır ki, bizim qədim dövlətçilik tariximiz var. Yəni regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Öz ərazimizlə yanaşı, tayfalarımız qonşu ərazilərin dövlətçilik tarixində də mühüm rol oynayıblar. Orta əsrlərdə Eldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar kimi imperiyalar yaradılıb. Yəni bizim xalqımız imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub. Dövlətçilik tariximizin araşdırılması ilə bağlı mənim “Azərbaycan: Qısa Dövlətçilik Tarixi” kitabım nəşr edilib. Nadir şahın, Qacarlar dövrünün araşdırılmasına xüsusi diqqət ayrılır. İrəvan xanlığı ilə bağlı məsələ böyük əhəmiyyət kəsb edir. Faktiki olaraq İrəvan xanlığının ərazisi indiki Ermənistan ərazisidir və ora bizim sülalələr tərəfindən idarə olunub. Qarabağ xanlığının araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ərazilərdə Ermənistan adlı dövlət olmayıb, ermənilər buraya sonradan köçürülüblər. Tarix İnstitutu dövlətçilik tarixinin araşdırılmasına, ulu öndərin tapşırığı ilə Xalq Cümhuriyyəti dövrünün araşdırılmasına önəm verərək ensiklopediya hazırlayıb. İndi isə müstəqillik dövrünün İlham Əliyev dövrünün araşdırılmasına başlamışıq. AMEA-nın 70 illik yubiley tədbirində çıxış edən dövlət başçısı İlham Əliyev onun tapşırıqları, tövsiyələri ilə tarixçilərin dövlətçilik tarixinin araşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Cənab Prezident 25 illik müstəqillik dövrünün araşdırılması kimi mühüm tapşırığı qarşıya vəzifə qoydu. Biz tarixçilər dövlət başçısının böyük etimad göstərərək qarşımıza qoyduğu vəzifəni qeyd edilən vaxtda başa çatdırmağa çalışacağıq”. Qeyd edək ki, professor Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ingilis, rus və ispan dillərinə tərcümə edilib. “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və soyqırımları tarixinə həsr olunmuş digər əsərlərin də yaxın zamanlarda ispan dilində nəşr olunması və Latın Amerikası ölkələrinin oxucularına çatdırılması nəzərdə tutulub.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info