“Yardımı ehtiyacı olana etmək lazımdır”
Tarix: 10.12.2015 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Bizim insanımız fırıldağa meyilli insandır. Bunu çoxumuz bilirik, amma azımız açıq şəkildə dilə gətiririk. Heç qınamıram da dilə gətirməyənləri. Çünki çoxu bəlkə də bunu milli təəssübkeşlikdən dilə gətirmək istəmir ki, millətini alçaltmasın. Ancaq bu heç nəyi dəyişmir və fakt, faktlığında qalır. Mən şəxsən bir neçə insan tanıyıram ki, xarici dövlətlərlə biznes əlaqəsi qurub, inam qazanıb və sonra da həmin o xaricilərə "atıb" və acınacaqlısı da odur ki, bununla fəxr də edir. Nə isə... Gəlim mətləbə.
Deməli, gördüyünüz bu paylaşımı “Facebook”un ən böyük Azərbaycan səhifələrindən biri olan "Hamam Times" paylaşıb. İndi bilmirəm hansı məqsədlə edib. Yardımsevərlikdənmi, yoxsa bu adamlara şərik olduqları üçünmü...
Məsələ nədən ibarətdir. Bu paylaşımın altında bir xanım, daha dəqiqi Mehmanə Elmanlı bir şərh yazıb. Xanım bu fotodakıların qonşusudur və deyir ki, bu adamlar heç də yardıma ehtiyacı olan insanlar deyil. Deyir ki, fırıldaqçıdırlar. Ünvanlarını da yazıb ki, gəlin, maraqlanın, görün.
Mən buna reaksiya verməyə bilərdim. Ancaq vermək məcburiyyətində qaldım. Çünki yardım istəmə paylaşımını artıq 3994 insan bu səhifədən götürüb paylaşıb. İnsanların heysiyyatıyla oynamaq buna deyilir.
Yardım etmək yaxşı işdir, ancaq yardımı ona ehtiyacı olana etmək lazımdır. Hansısa fırıldaqçıya, fürsətcilə deyil.
Bunu yazmağa məni vadar edən əsas amil də odur ki, "Hamam Times"in admini, Mehmanə xanımın iddiasını nə təsdiq edir, nə təkzib. Şəkili də iki gündür silmir. Qardaş, nə olsun ki, “Facebook” azad paylaşım məkanıdır, bu o deməkdir ki, ağzımıza və ağlımıza gələni paylaşıb insanların hislərilə oynamalıyıq? Doğrudan da yardımsevərsinizsə, uzağa getmək lazım deyil, Bakının özündə yüzlərlə yardıma ehtiyacı olan ailələr var, gedin onlara yardım edin, ya da onları axtarıb tapıb, bu adamların real durumlarını çəkib fotoları ilə paylaşımlarını edin. Axı bu çətin bir şey deyil. Sən tanımasan da ətrafından soruş, sənə onlarla belə ailə göstərib, tanıdacaqlar... Daha fırıldaqçıları reklam etmək nəyə gərək ?

Ruslan Məmmədzadə




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?
22.08.2019
Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib
22.08.2019
İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?
22.08.2019
Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb
22.08.2019
Leyla Axundzadə “Mikayıl Müşfiq” gəmisini ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info