Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib
Tarix: 10.12.2015 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimin əvvəlində ümummilli lider Heydər Əliyevlə universitet kollektivinin nümayəndələrinin Rusiya prezidenti Vladimir Putinə BSU-nun fəxri doktoru diplomunun təqdimetmə mərasimindəki görüşünə həsr olunmuş film nümayiş edilib. Rektor Asif Hacıyev BSU-nun yaradıcısı olan ulu öndərin bu unudulmaz görüşdə universitetin fəaliyyəti, gələcək perspektivləri haqqında səsləndirdiyi fikirlərin kollektivimiz üçün fəaliyyət proqramı olduğunu vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən, gənclərə olan qayğısından söz açıb. Ulu öndərin elm və təhsil sahəsinə xüsusi diqqətindən danışan rektor qeyd edib ki, Heydər Əliyev tərəfindən yaradılmış Bakı Slavyan Universiteti bu gün ümummilli liderin arzu etdiyi yolla fəaliyyətini davam etdirir, respublikamızın Şərqi Avropa və slavyan ölkələri ilə əlaqələrinin genişlənməsində, Azərbaycan həqiqətlərinin xaricdə təbliğində öz rolunu oynayır. Rektor Heydər Əliyev kursunun davamçısı Prezident İlham Əliyevin Bakı Slavyan Universitetinə qayğı və diqqətini əsirgəmədiyini, dövlət başçısının son illər ərzində BSU barədə imzaladığı sərəncamları dərin minnətdarlıqla tədbir iştirakçıların diqqətinə çatdırıb.
Mərasimdə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Dövlət müşaviri bildirib ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. “Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin arzu etdiyi kimidir. Heydər Əliyev quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirib. Azərbaycanın ən ağır anlarında Heydər Əliyev daim xalqın yanında idi. Xalqımız çətin anlarında ona üz tutub, hakimiyyətə dəvət edib və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlayıb. Prezident İlham Əliyev ümummilli liderin qoyub getdiyi siyasi yolu ləyaqətlə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru irəliləyir”.
BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva, Sankt- Peterburq mərkəzinin rəhbəri, Leninqrad blokadası iştirakçısı dosent İrina İvanovna Qədimova, habelə BSU-nun magistrantı Cəmilə Orucova və Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbəsi Ayna Salmanlı və başqaları ümummilli lider Heydər Əliyevin hərtərəfli fəaliyyəti haqqında çıxışlar edərək, bu dahi şəxsiyyətin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar.
Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr edilmiş slayd təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info