“Qarabağ” və “Şuşa” təqvimləri dünyanın müxtəlif ölkələrində yayılır
Tarix: 16.02.2013 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi fəaliyyətini daha da genişləndirmək məqsədi ilə təşkilatlanma işlərini sürətləndirib və Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması üçün keçirilən tədbirlərin istiqamətlərini yeniləşdirib.
Son illərdə ictimai birliyin təşəbbüsü ilə “Qarabağ” və “Şuşa” təqvimlərinin Azərbaycan, ingilis və rus dillərində nəşr edilərək müxtəlif ölkələrdə yayılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təqvimlərdə Qarabağın strateji və mədəni əhəmiyyətini əks etdirən fotoların, eləcə də Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərin tarixlərinin və azərbaycanlıların soyqırımı gününün göstərilməsi təcavüzkar dövlətin ifşa olunması, müvafiq tarixlərin yaddaşlarda qalması baxımından dəyərlidir.
Bununla yanaşı, İctimai Birliyin təşəbbüsü ilə Şuşanın tarixindən, təbiətindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən və Azərbaycanın bu cənnət guşəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edən “Şuşa” bukletlərinin yayılması da bu istiqamətdə görülən işlər sırasındadır. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov tərəfindən tərtib edilən və Dövlət İdarəçilik Akademiyasının müəllimləri Aynur Fərmanova, Nafilə Rəhimova, Şəhla Ağalarova, Məlahət Osmanova tərəfindən tərcümə edilmiş “Şuşa” bukletləri 6 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman və türk) nəşr edilərək dünyanın müxtəlif ölkələrində Qarabağla bağlı keçirilən tədbirlərdə geniş yayılıb. “Qarabağ” və “Şuşa” təqvimlərinin 2013-cü il üçün Azərbaycan, ingilis və rus dillərində tərtib edilmiş buraxılışı və 6 dildə hazırlanmış “Şuşa” bukletləri “Letterpress” nəşriyyat evində nəfis şəkildə çapdan çıxıb.
“Qarabağ” və “Şuşa” təqvimlərinin 2013-cü il üçün buraxılışında “Şuşa. Qala divarları. 1750-1757”, “Ağabəyim Ağanın qəsri. XVIII əsrin ikinci yarısı”, “Xurşudbanu Natəvanın malikanəsi. XIX əsr”, “Xarıbülbül”, “Şuşa işğaldan sonra”, “Şuşa. Bazarbaşı”, “Şuşa. Gövhər Ağa məscidi”, “Şuşanın işğalı zamanı görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş heykəli”, “Şuşanın işğalı zamanı dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəli”, “Şuşanın işğalı zamanı Azərbaycan vokal sənətinin banisi Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəli”, “Şuşa. Gəncə qapısı”, “Şuşanın panoramı. İşğaldan əvvəl” və s. fotoşəkillər əksini tapıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info