Müasir Azərbaycan tarixinin müəllifi və əsas siması
Tarix: 10.12.2015 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş mərasim keçirilib. Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının fəal iştirakı ilə gerçəkləşdirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək bildirib ki, dünyaşöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, keçdiyi şərəfli mübarizə yolu, millilik və bəşərilik dəyərlərini birləşdirən siyasi ideologiyası daim yaşayacaq. Ümummilli lider özünün xilaskarlıq və quruculuq missiyası ilə Azərbaycanın hərtərəfli tərəqqisinə, beynəlxalq arenada layiqincə təmsil olunmasına, böyük siyasi nüfuz qazanmasına nail olmuşdur. Rektor, Heydər Əliyev ideyalarının Azərbaycanda, o cümlədən muxtar respublikadakı bugünkü uğurlarından bəhs edərək tələbə gəncləri ulu öndərin siyasi irsini layiqincə öyrənməyə və yaşatmağa çağırıb. Ümumi riyaziyyat kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məhəmməd Hacıyev “Heydər Əliyev şəxsiyyəti və milli məsələlər” mövzusunda məruzə edərək bildirib ki, Azərbaycan dövlətçilik tarixində, dünya siyasət meydanında özünəməxsus yeri olan bu parlaq şəxsiyyət öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına, xalqımızın çoxəsrlik müstəqillik arzusunun reallaşmasına nail olmuşdur. Sovet imperiyası Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla Azərbaycanın milli mənafeyinə zidd siyasi addımlar ata bilsə də, ulu öndərin müstəqil Azərbaycanın yaranması və inkişafı uğrunda apardığı qətiyyətli siyasəti və prinsipial mövqeyi Azərbaycanı yenidən ayağa qaldırdı. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıqır. Azərbaycanın bugünü və sabahına hesablanmış üç əsas ideoloji prinsip – azərbaycançılıq, millilik, demokratizm ümummilli lider tərəfindən müəyyənləşdirilmiş və inamla davam etdirilir. Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Heydər Əliyev – dahi rəhbər” mövzusunda məruzə edərək ümummilli liderin erməni işğalçılarının torpaqlarımızı zəbt ediyi, xarici seperatçıların ölkədə vətəndaş müharibəsi cəhdlərini alovlandırdığı, ölkənin iqtisadi-siyasi tənəzzül üçündə məhvə sürükləndiyi çox çətin və mürəkkəb ictimai-siyasi şəraitdə hakimiyyətə gəldiyini xatırladıb. O vurğulayıb ki, ümummilli lider qısa zamanda milli birlik, siyasi stabillik yaratmış, ölkənin balanslaşdırılmış incə xarici siyasətini müəyyənləşdirmiş, demokratik cəmiyyət yaradılması istiqmətində mühüm addımlar atmışdır. Məruzəçi diqqətə çatdırıb ki, Heydər Əliyevin əzmkarlığı sayəsində Azərbaycan xalqına qarşı aparılan pərdəarxası siyasi oyunlara, anarxiya və xaosa son qoyulmuş, Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmışdır. Şamxal Məmmədov nəinki, öz xalqının, bəşəriyyətin taleyində və tarixində özünəməxsus silinməz iz qoyan dahi öndər haqqında fikirlərini belə yekunlaşdırıb : “Azərbaycanın mübarizələr və qələbələrlə dolu olan müasir tarixi dahi insan, ulu öndər Heydər Əliyevlə başlanır və onunla bağlıdır”

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info