Niderland mediası Azərbaycan haqında daha bir yaz verib
Tarix: 10.12.2015 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


“Niderland və Azərbaycanın bir-birinə təklif edə biləcəyi şeylər çoxdur” – Niderland mətbuatında Azərbaycanla bağlı verilən növbəti yazının adı belədir. Söhbət Niderlanddakı “PZC” qəzetində çıxan yazıdan gedir. Daha sonra yazıda deyilir: “Vüqar Abbasov öz doğulduğu ölkəni, Azərbaycanı və 2008 – ci ildən etibarən yaşadığı Niderlandı dəlicəsinə sevir. O, həmkarı Wim van Embdenlə (Vim van Embden) birlikdə “Connect” təşkilatını yaradaraq, bu iki ölkənin imkanlarını bir araya gətirmək istəyir. Onun fikrincə, bunu müxtəlif sahələrdə etmək olar. Niderlandlı iş adamları ilə Azərbaycandan olan iş adamlarını bir araya gətirmək, biznes turlar təşkil etmək və.s. Abbasovun planlarına daxildir. Təşkilat olaraq onlar hər iki ölkədə tədbirlər keçirməyi düşünürlər. Abbasov Azərbaycanın milli rəqslərindən, folklorundan, muğamından söhbət açaraq onların niderlandlılar üçün maraqlı olacağını düşündüyünü bildirir. Azərbaycanın həm də turistlər üçün çox maraqlı ölkə olduğuna diqqət çəkən Abbasov orda turistlər üçün hər bir şəraitin olduğunu xüsusi vurğulayırı. O, ölkəsində dini baxımdan heç bir problemin olmadığı ilə fəxr edir. Abbasov Azərbaycanda bütün dinlərin, müsəlmanların, xristiyanların, yəhudilərin bir arada və problemsiz yaşadığını deyir. “Təşkilat olaraq həm də Niderlandda yaşayan digər gəlmə insanlarla da müəyyən işlər aparmağı düşünürük. Burda yaşadığımız üçün Niderland bizim, burda yaşayanların ümumi evidir. Özünü evin içində hiss etsən çox şey əldə edə bilərsən, bayırda qalsan, qazancın ancaq soyuq hava olar” – də Abbasov əlavə edir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Onlar Türkiyəni bölməyə, zəiflətməyə çalışan Vətən xainləri idilər”
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info