“Avropa liberal demokratiyadan üz döndərir”
Tarix: 11.12.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Avropada millətçilərin belə sürətlə hakimiyyətə gəlməsi maliyyə qeyri-sabitliyi ilə bağlıdır. Hakim elitaların vətəndaşlardan uzaq düşməsinin də bu məsələdə böyük rolu var”

“Fransa və Polşada millətçiliyin çiçəklənməsi Avropada liberal demokratiyanın tənəzzülə uğraması ilə nəticələnə bilər. Mari Le Penin başçılıq etdiyi “Milli cəbhə”nin Fransada keçirilən regional seçkilərdə qazandığı qələbə də bunu göstərir. Artıq bu partiya Fransada əsas müxalifət partiyasına çevrilib”.
Bu fikirlər “The Guardian” nəşrində çap edilən məqalədə yer alıb. Məqalədə vurğulanır ki, bu partiyanın lideri “faşizmdən peşəkarcasına təmizlənmiş” siyasət həyata keçirir və 2017-ci ildə keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olacaq: “Fransa millətçiliyin çiçəkləndiyi yeganə Avropa ölkəsi deyil. Macarıstan baş naziri Viktor Orban “ictimai əhval-ruhiyyə” baxımından hökumətin tənqid edilməsini qadağan etməyə çalışır. Polşada “Hüquq və ədalət” partiyası hakimiyyətə gəlməyə nail ola bilib. Avropada millətçilərin belə sürətlə hakimiyyətə gəlməsi maliyyə qeyri-sabitliyi ilə bağlıdır. Hakim elitaların vətəndaşlardan uzaq düşməsinin də bu məsələdə böyük rolu var. Böyük Britaniya hesab edir ki, Avropa İttifaqı ilə sərhədlərin açılması millətçilərin məhvi üçün yaxşı alət ola bilər. Son hadisələr bir daha göstərir ki, Avropanın bir çox ölkəsi liberal dəyərlərdən, liberal demokratiyadan üz döndəriblər. Bu fakt isə Britaniyanın Avropa İttifaqında qalmaq şansını azaldır”. Nəşr yazır ki, bir çox ekspertlər Fransada “Milli cəbhə”nin qələbəsinin avrozonada fəlakətə səbəb olacağı qənaətindədir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info