“Humanist addımı alqışlayırıq”
Tarix: 11.12.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Bir müddət öncə fəaliyyətində yol verdiyi qanun pozuntularına görə saxlanılmış, hüquq müdafiəsi sahəsində çalışan Leyla Yunusun az öncə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılması beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən müsbət qarşılanıb.
Belə ki, beynəlxalq təşkilatlar və onların nümayəndələri Azərbaycan Prezidentinin və hökumətinin bu sahədə atdığı humanist addımı yüksək qiymətləndirdiklərini vurğulayıblar. Onların mediaya verdikləri açıqlamalar, bu barədə bəyanatları da bundan xəbər verir. Xüsusilə qeyd etmək lazımdır ki, Leyla Yunusun şərti azadlığa buraxılmasının 10 dekabr İnsan Hüquqları Günü ərəfəsində baş verməsi də əlamətdardır. Bununla Azərbaycan dövlətinin fəaliyyətinin və onun hüquqi əsaslarının humanizm dəyərləri əsasında bərqərar olunması, bu məqamda bir daha dünya birliyinə nümayişkaranə şəkildə çatdırılır.
Qeyd edək ki, Leyla Yunus barədə ABŞ-dan da bəyanat var. Belə ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Chris Smith Leyla Yunusun azadlığa buraxılmasını alqışlayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bəyanatında Leyla Yunusun buraxılmasını alqışlayıb. O həm də bildirib: “Biz Azərbaycan hökuməti və xalqı ilə təhlükəsizlik, enerji, demokratiya və insan hüquqları olmaqla, bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacağıq”.
Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Ann Brassör öz “Twitter” səhifəsində yazıb: “Leyla Yunusun humanist əsaslarla azadlığa buraxılmasını alqışlayırıq”.
Bundan başqa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link də Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır. Bu barədə qurumun saytında məlumat yerləşdirilib: “Leyla Yunusun azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır”.
Avropa Şurasının Baş katibi Thorbyorn Yaqland da bildirib ki, Leyla Yunusun azadlığa buraxılması “məni yüngülləşdirdi”.
“Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Denis Krivoşeyev bildirib ki, bu, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində mühüm ümid mesajı göndərəcək düzgün istiqamətdə olan bir addımdır.
Eləcə də “Human Rights Watch”un rəhbəri Rachel Denber bu məsələyə müsbət yanaşıb. “Human Rights House” Şəbəkəsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde də həmçinin Leyla Yunusun azadlığa buraxılmasını xoş qarşılayıb. “Radio Free Europe” da xəbər verib ki, Leyla Yunus azadlığa buraxılıb. Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bu qərarı “mühüm humani addım” kimi qiymətləndiriblər. Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarının sözçüsü Maja Kocijancic bildirib ki, biz Azərbaycan ilə münasibətlərimizi genişləndirməyə hazırıq. Avropa Parlamentinin prezidenti Martin Şults bunun gözəl xəbər olduğunu deyib. Bundan başqa, Böyük Britaniya Birləşmiş Krallığı vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunusun azadlığa buraxılmasını müsbət qarşılayıb. Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa üzrə nazir David Lidington Leyla və Arif Yunusun azadlığa buraxılmasını müsbət qarşılayıblar.
Göründüyü kimi, Azərbaycan Prezidenti və dövlətinin bu humanist addımını bütün qeyd edilən beynəlxalq təşkilatların və xarici dövlətlərin nümayəndələri birmənalı olaraq müsbət qiymətləndirirlər. Bu addım onlar tərəfindən yüksək humanist dəyər kimi səciyyələndirilir. Azərbaycan demokratik dəyərlərin və hüququn aliliyinin bərqərar olduğu, humanist dəyərləri sözügedən sahədə həmişə prioritet elan edən bir dövlətdir. Azərbaycan dövlətinin rəhbərliyi isə bu sahədə atdığı insanpərvər addımlarla dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqətini bir daha cəlb etdi. Bir daha sübut olundu ki, Azərbaycan Prezidenti və dövləti insan amilinə və humanizm prinsiplərinə ən yüksək dəyər verir və bu sahədə həyata keçirdiyi tədbirlərlə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və siyasətçilər tərəfindən təqdir edilir.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info